Rusiyadakı azərbaycanlı milyarderlərlə bağlı ŞOK: Kreml 12 il əvvəlki “silaha” əl atır?


Rusiyanın Azərbaycanla münasibətləri gərgin olaraq qalır və bu vəziyyət yeni çağırışları ortaya çıxarır. Kremlin mövcud şəraitdə Bakıya təsir üçün müxtəlif vasitələrə əl ata biləcəyinə dair fikirlər səsləndirilir. Hətta bu istiqamətdə Moskvanın ikinci “Milyarderlər İttifaqı” ssenarisinə müraciət etməsi də ehtimallar sırasındadır.

2012-2013-cü illərdə Rusiya Azərbaycan əsilli şəxslərdən “Milyarderlər İttifaqı” adlı birləşmə formalaşdıraraq ölkənin daxili siyasi stabilliyinə təsir göstərməyə çalışmışdı. “Milyarderlər İttifaqı”nda maddi baxımdan kifayət qədər qüdrətli şəxslər birləşmişdi. Onlar həm də ictimai fikrə təsir imkanlarına malik idilər. İttifaqın başında Abbas Abbasovun dayandığı deyilirdi. A.Abbasov uzun illər Azərbaycanda baş nazirin 1-ci müavini kimi yüksək vəzifə tutmuşdu. 2006-cı ildə işdəz azad edildikdən sonra Rusiya paytaxtı Moskvaya köçdü. Onun Rusiya ilə uzun illərə dayanan əlaqələrinin olduğuna dair indiyə kimi mətbuatda çox yazılıb.

“Milyarderlər İttifaqı”nın başqa üzvləri də Rusiyada uzun illər yaşamış, işləmiş iş adamları, ictimai fəal şəxslər idi. Mərhum kino-ssenarist, yazıçı Rüstəm İbrahimbəyov, iş adamı İsgəndər Xəlilov, Telman İsmayılov, diaspora liderlərindən Söyün Sadıqov, “Lukoil”in prezidenti Vahid Ələkbərov və s. burda toplanmışdılar.

Rusiyanın himayəsində olan güclü biznes elitasının – oliqarxların – siyasi hədəf üçün bu şəkildə birləşməsi Azərbaycanda hakimiyyət uğrunda mübarizənin başqa formada inikası idi. Amma bu dəfə kartlar açıq idi: layihənin əsas Moskvada qoyulmuşdu, xeyir-dua Kremldən verilmişdi. Təcili təşkilatlanıb “biz varıq” mesajı zəlzələ effekti yaratmışdı. Çünki adıkeçən şəxslər heç vaxt siyasi iddia ilə çıxış etməmişdilər.

Sonra Moskva taktikanı dəyişdi: “Milyarderlər İttifaqı” layihəsi “Milli Şura” formatına transformasiya edildi. Yəni Abbasovu Abbasovu, Telman İsmayılovu, İsgəndər Xəlilovu, Söyün Sadıqovu və digərlərini Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Vidadi Mirkamal və sairlər əvəzlədi. Odioz oliqarxların Azərbaycan ictimai rəyində qəbulu çətin ola bilərdi deyə, Kreml onları müxalifət liderləri ilə əvəzləməyi üstün tutdu. Amma arxa planda proseslər bu oliqarxlar vasitəsi ilə Kreml ideoloqları vasitəsilə idarə edilirdi.

Hazırda Rusiyanın ölkəmizdə eyni ssenarini yenidən tətbiq edə biləcəyi ilə bağlı narahatlıqlar artır. O zamanlar Rusiyada yaşayan azərbaycanlı milyarderlərin siyasi oyunlarda alət kimi istifadə olunması ölkədə sabitliyə ciddi təhlükə yaratmışdı. İndi isə Kremlin bu təcrübədən təkrar yararlanaraq, strateji maraqlarını təmin etmək üçün oxşar metodu tətbiq etməsi ehtimalı müzakirə mövzusudur.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Moskva ikinci “Milyarderlər İttifaqı” ssenarisinə əl ata bilər, lakin 2012-2013-cü illərdəki kimi nəticə əldə etməsi çətin olacaq:

“Rusiya daxilində iqtisadi və sosial vəziyyət kifayət qədər gərgindir. Bu ölkənin milyarderləri də artıq əvvəlki qədər güclü deyillər və bir çoxu hakimiyyətlə münasibətlərini korlayıblar. Digər tərəfdən, Kremlin Bakıya qarşı istifadə edə biləcəyi Qarabağ kartı artıq mövcud deyil. Azərbaycan isə bu gün Türkiyə ilə çox yaxın münasibətlərə malikdir və Qərblə əməkdaşlığını genişləndirir. Bütün bu amillər əslində Rusiyanın əl-qolunu bağlayır.

Eziz Elibeyli
Əziz Əlibəyli

Bununla belə, Moskva hələlik miqrant məsələsi vasitəsilə müəyyən qədər təzyiq göstərmək imkanına malikdir. Yəni, “Milyarderlər İttifaqı” ssenarisi yox, daha çox “miqrant ittifaqı” modelindən istifadə etməyə üstünlük verə bilər.

Rusiyada kifayət qədər böyük miqrant qrupu var və onların Azərbaycana qarşı təşkilatlanmağa cəhd göstərməsi mümkündür. Amma bu insanlar milyarder və ya iş adamı deyillər. Moskva zəngin şəxslərini belə addımlara sürükləməz, çünki Ukrayna müharibəsi səbəbindən onların maliyyəsinə ehtiyac duyulur”.


MANŞET XƏBƏRLƏRİ