İlham Əliyevdən həmkarına hədiyyə - FOTO


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Turkustan.az-ın məlumatına görə, görüşün sonunda dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim edib.

Hədiyyə Ümummilli Lider Heydər Əliyev və BƏƏ-nin ilk prezidenti Şeyx Zayed bin Sultan Al Nahyan arasında 1994-cü ildə Kasablanka şəhərində İslam Sammiti çərçivəsində keçirilən tarixi görüşdən xatirə portreti olub.

/Modern.az/


MANŞET XƏBƏRLƏRİ