“Hazırda təhlükəsizlik qüvvələri Ermənistan parlamentinin “Ermənistan” müxalifət fraksiyasından olan deputatı Qeqam Manukyanın evində axtarış aparır”.
Turkustan.az xəbər verir ki, “Hraparak.am” internet nəşri məlumat yayıb.
“Səhər tezdən İstintaq Komitəsi və bir qrup MTN əməkdaşı Daşnaksütyun partiyasının üzvü, Milli Assambleyanın deputatı Qeqam Manukyanın evinə basqın edib. Onun evində axtarış aparılır”, – nəşr yazıb.
İstintaq Komitəsindən hələlik rəsmi məlumat yoxdur. Səbəblər açıqlanmır. /globalinfo.az/