Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşüb.
Turkustan.az xəbər verir ki, tərəflər Avropaya qarşı təhdidlərin qarşısını almaq üçün nüvə əməkdaşlığını dərinləşdirmək barədə və iki ölkənin nüvə qüvvələri arasında koordinasiyanı təmin etmək üçün razılığa gəliblər.
Böyük Britaniya bəyanatında iki ölkənin nüvə qüvvələrinin müstəqil qalacağını, lakin koordinasiya ediləcəyini bildirib.
Bəyanatda qeyd olunub ki, hər iki ölkənin mövcud maraqlarına qarşı hər hansı təhlükəyə hər iki ölkə nüvə enerjisi ilə cavab verə bilər.
İki lider həmçinin "Storm Shadow" qanadlı raketlərinin hazırlanması ilə bağlı razılığa gəliblər.
Aytən Yaşar/ Turkustan.az