Ukraynadakı münaqişə o zaman tez həll oluna bilər ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp şəxsən görüşsünlər və onların arasında təkcə telefon danışıqları kifayət etməyəcək.
Turkustan.az xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban “Patriota” YouTube kanalına müsahibəsində “Avropa vətənpərvərləri” partiyalararası assosiasiyanın və Avropa Parlamentində eyni adlı sağçı mühafizəkar fraksiyasının yaradılmasının birinci ildönümünə təsadüf edən müsahibəsində deyib.
"Əminəm ki, Rusiya və Amerika prezidentləri arasında şəxsi görüş baş tutsa, atəşkəs və Ukraynada sülh əldə olunacaq. Telefonun burada isə heç bir faydası olmayacaq", - deyən hökumət başçısı bunu dünya siyasəti və diplomatiyasında bir çox hadisələrin şahidi olmuş "qoca tülkü kimi" deyir.
O, hesab edir ki, Rusiya və ABŞ liderləri arasında şəxsi görüş olarsa, Ukraynada atəşkəsə “çox tez” nail olmaq olar, əks halda hərbi əməliyyatlar “daha çox aylar” davam edəcək.
Aytən Yaşar/ Turkustan.az