“Riyaziyyat fənnindən sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlərin 44 faizi Beynəlxalq Universitetin məzunlarıdır”.
Turkustan.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bu universitetlərin çoxu hazırda ya fəaliyyət göstərmir, ya da müəllim hazırlamırlar:
"Zəif nəticə göstərən müəllimlərin bitirdiyi universitetlərə Kirovabad Dövlət Universiteti, Gəncə Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin Şəki filialı da daxildir"./Bizim.Media