Daha bir itkin-şəhid dəfn olunacaq


Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhid hərbçi Fuad Cəfər oğlu Ələsgərovun nəşinin qalıqları sabah saat 15:00-da Tovuz rayonu Ağbaşlar kənd qəbiristanlığında dəfn olunacaq.


MANŞET XƏBƏRLƏRİ