İsrail Xameneini vurmaq üçün Trampdan cavab gözləyir: İranda rejim dəyişir? - ŞƏRH


Artıq 6 gündür ki, İran-İsrail arasında başlayan hava hücumları davam edir. Tərəflər bir-birilərinə PUA-lar, raketlərlə hücum edirlər. Əsasən də hücumlar gecə boyu həyata keçirilir.

Ötən gün ABŞ lideri Donald Tramp açıqlamasında bildirib ki, biz Ayətullah Xameneinin yerini bilirik və istəsək, onu elə indicə aradan qaldırarıq. Digər məlumata görə isə artıq israil Xameneinin yerləşdiyi bunkerləri bombalayıb.

Bəs İsrail niyə Xameneini aradan götürməyə çalışır? Bununla İranda rejim dəyişikliyi mümkün olacaq? Turkustan.az olaraq bu suallarımızı politoloqlar Turab RzayevSamir Hümbətova ünvanladıq.

Turab Rzayev: "ABŞ ilə strateji razılaşma Ermənistanı hərbi rəqabət  meydanına çevirə bilər" - Oxu.az

Turab Rzayev

Düşünürəm ki, İsrailin hədəfi Xamenei deyil, generallardır. Çünki, istəsələr onu çoxdan vurmuşdular. Tramp da deyir ki, onun yerini bilirik, lazım gələrsə, onu aradan götürərik. Burada Xameneinin legitimliyi məsələsi sual altındadır. İran seçkili orqan rəhbəri kimi məhz Pezeşkianı tanıyırlar. İsrail elə adamları aradan götürür ki, onlar sırf nüvə məsələsində problem yarada biləcək şəxslərdir. Həmçinin hərbi rəhbərləri də məhv edirlər ki, ordunu yönəldə bilməsinlər. Xameneinin artıq 86 yaşı var, ilin yarısı xəstə olur. Onlar Xameneini İsrail üçün böyük təhlükə kimi görmürlər, düşünürlər ki, hələ ki, qalsın, lazım olar. Xamenei əgər öldürülərsə, İslam dünyasında İran rəhbərliyi kimi şəhid mərtəbəsinə qalxacaq, imam sayılacaq.

İranda rejim dəyişikliyi hava əməliyyatları ilə çətin məsələdir. Əgər bu əməliyyatdlardan sonra yerüstü əməliyyatlar başlasa, o zaman hakimiyyəti dəyişməyə məcbur edə bilərlər. Bütün bu proseslər dayandırılandan sonra ölkə daxilində rəhbərliyə qarşı etibarsızlıq başlaya bilər, hamı artıq ölkədə xain, satqın axtaracaq, mollalara qarşı inamsızlıq yaranacaq.

Samir Humbatov on X: "Samir Hümbətov:

Samir Hümbətov

İsrail Xameneini aradan götürmək istəyir, ancaq görünən odur ki, ABŞ hələ ki, buna qəti qərar verməyib. Amma deyirlər ki, artıq onun yerləşdiyi bunkerı vurublar. Düşünürəm ki, artıq orta yol tapmaq bir az çətinləşib. İran deyir ki, sona qədər döyüşəcəyik. Bəli, İsrail İranda idarəetmə sistemini dəyişə bilər. Yəni, İsrail tərəfi bu qədər üstünə gedirsə, deməli ciddi müharibənin anonsu verilib. Xameneinin İran üzərində ciddi təsiri var, ona görə onun qətli İranın müqavimətini qıra bilər. Ancaq bu əks effekt də verə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ