Xameneidən kritik çağırış: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?


İsrailİran gərginliyinin pik həddə çatdığı bir vaxtda İranın Ali rəhbəri Əli Xameneinin açıqlamaları xüsusi diqqət çəkir. O, son paylaşımında “Həzrət Əli Zülfüqar qılıncı ilə Xeybərə dönür” ifadəsini işlədərək, simvolik olaraq İranın Xeybər döyüşünə başladığını bəyan edib. Bu ifadə, İranın öz mövcudluğunu qorumaq uğrunda yeni və daha sərt mərhələyə keçdiyini göstərir.

Xeybər döyüşü nədir və bu, İranın taleyinə, müharibənin gedişinə, İsrailin mövcudluğuna nə kimi təsir edə bilər?

Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, İsrailİran arasında gərginlik bu günlərdə ən yüksək nöqtəyə çatıb:

“ABŞ bu münaqişədə bir tərəf kimi çıxış edir. Donald Tramp İran hökumətini təslim olmağa çağırıb və bunun üçün vaxt təyin edilib. Bu isə o deməkdir ki, İranda mövcud rejim üçün çox çətin günlər başlayıb. Hazırda rejim ölüm-qalım mərhələsindədir.

Belə bir məqamda İranın ali rəhbəri Əli Xameneinin sosial şəbəkələrdə Xeybər döyüşü ilə bağlı paylaşım etməsi təsadüfi deyil. Miladi təqvimi ilə 628-ci ildə, hicrətdən təxminən 6-7 il sonra baş vermiş Xeybər döyüşü müsəlmanlarla yəhudilər arasında olmuşdu. Xeybərdəki yəhudi tayfaları müsəlmanlara qarşı problemlər yaradır və digər ərəb tayfalarını da onlara qarşı qaldırırdılar. Həmin döyüşdə Peyğəmbərin kürəkəni və ən yaxın silahdaşı Həzrət Əli fəal şəkildə iştirak etmiş və nəticədə peyğəmbərin rəhbərlik etdiyi müsəlman ordusu qələbə qazanmışdı.

faiq elekberli e1746428830450
Faiq ƏləkbərliXamenei artıq anlayır ki, mövcud rejim təkbaşına davam gətirə bilməyəcək. Ona görə də yeganə çıxış yolu kimi şiə və sünni inancına mənsub müsəlmanları səfərbər etməyə çalışır. Məqsəd ABŞ və İsrailin mövcud İran rejimini devirməsinin qarşısını almaqdır.

ABŞ hər nə qədər arxa planda görünməyə çalışsa da, İran rejiminin dəyişdirilməsində və yerinə yeni qüvvələrin gətirilməsində maraqlıdır. Almaniya və Böyük Britaniya da bu məsələdə ABŞ-la eyni mövqedədir. Xameneinin son ümidi “Xeybər döyüşü” çağırışıdır. Əgər bu çağırış İran, İraq və digər ölkələrdə kifayət qədər dəstək tapmasa, yaxın vaxtlarda rejimin məğlubiyyəti qaçılmaz ola bilər. Əslində, Xamenei bununla cihad elan etmiş oldu”.


MANŞET XƏBƏRLƏRİ