Bakı–Təbriz–Bakı reysləri də ləğv edildi


"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı –Təbriz–Bakı marşrutu üzrə reysləri iyun ayının sonunadək ləğv edib.

Turkustan.az bu barədə QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, aviaşirkət bu ilin iyun ayının 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlamağı planlaşdırırdı. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetirilməsi gözlənilirdi.


MANŞET XƏBƏRLƏRİ