İzmirdə Heydər Əliyev Anısına İki Günlük Anım Proqramı


Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev vəfatının 22-ci ildönümündə İzmirdə təşkil olunan iki günlük anım proqramı ilə hörmət, rəhmət və minnətdarlıqla yad edildi. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən birgə təşkil olunan tədbirlər geniş iştirak və duyğulu anlara səhnə oldu.

Karşıyaka’da Rəsmi Anım Mərasimi

Anım proqramının ilk günü İzmirin Karşıyaka rayonunda yerləşən Heydər Əliyev Parkında keçirildi. Parkdakı Heydər Əliyev büstünə çələng və gül dəstələri qoyuldu, ardından Karşıyaka Bando Takımı müşayiəti ilə sayğı duruşu edildi; həm Türkiyə, həm də Azərbaycanın milli marşları səsləndirildi.

Bu mərasimdə Karşıyaka Bələdiyyəsinin dəstəyi də önəmli rol oynadı. Bələdiyyənin təmin etdiyi texniki imkanlar, məkanın təşkili və logistika dəstəyi sayəsində tədbir yüksək səviyyədə və nizam-intizamla keçirildi. Rəsmi şəxslər, Karşıyaka Bələdiyyəsinin dəstəyi ilə Heydər Əliyevin anım mərasiminin daha böyük və təşkilatlı şəkildə həyata keçirildiyini bildirdilər.

Tədbirə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbərliyi, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, QHT nümayəndələri, siyasi partiya rəhbərləri, akademiklər və çox sayda vətəndaş qatıldı. Çıxışlarda Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu olduğu və Azərbaycan–Türkiyə dostluğunu strateji dövlət siyasətinə çevirdiyi vurğulandı.

İkinci Gün: Dualar, Ehsan Süfrəsi və Mənalı Çıxışlar

Anım proqramının ikinci günü isə Heydər Əliyevin ruhuna duaların oxunduğu və ehsan süfrəsinin təşkil olunduğu mənəvi bir mühitdə keçirildi. Bu mərasimdə Heydər Əliyevin siyasi mirası, dövlət adamlığı və Türk dünyasına qoyduğu dəyərli töhfələr barədə geniş çıxışlar edildi.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Başkan Yardımcısı Pərviz Məmmədzadə, Heydər Əliyevin böyük siyasətçi və güclü dövlət xadimi olduğunu qeyd edərək müasir və müstəqil Azərbaycanın əsaslarının onun rəhbərliyi ilə qoyulduğunu vurğuladı.

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Başkanı Əşrəf Tuna, tədbirə qatılan hər kəsə təşəkkür edərək, bu gün Azərbaycanın bölgədə söz sahibi dövlətə çevrilməsində Heydər Əliyevin uzaqgörən siyasətinin əhəmiyyətini qeyd etdi.

Bilkent Universiteti müəllimi və Azərbaycanlı Alimlər Dərnəyi Başkanı Prof. Dr. Əmrullah Məmmədov, Heydər Əliyev ilə bağlı xatirələrini paylaşaraq onun Dağlıq Qarabağ məsələsində beynəlxalq arenada sərgilədiyi möhkəm və qətiyyətli mövqeyi danışdı. Məmmədov həmçinin 1970-ci illərdə Türkiyənin çətin dövründə Heydər Əliyevin verdiyi siyasi və diplomatik dəstəyə diqqət çəkdi.

Dokuz Eylul Universiteti müəllimi Prof. Dr. Gülmira Kuroğlu, Heydər Əliyevin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün yol göstərən bir lider olduğunu vurğulayaraq, bu günkü Azərbaycanın siyasi və institusional əsaslarının onun vizyonu sayəsində formalaşdığını bildirdi.

Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Başkanı Qaffar Hangül isə çıxışında Heydər Əliyevin Azərbaycanı güclü dövlətə çevirən lider olduğunu qeyd etdi. Hangül, Əliyevin Türkiyə–Azərbaycan həmrəyliyini sözlə deyil, dövlət siyasəti səviyyəsinə gətirdiyini vurğuladı və bu mirasın qorunmasının, gələcək nəsillərə ötürülməsinin hər kəsin ortaq məsuliyyəti olduğunu dedi.

Prof. Dr. İskender Askeroğlu isə Heydər Əliyevin böyük həvəslə dinlədiyi şair Bahtiyar Vahabzadənin bir şeirini səsləndirərək mərasimə ədəbi və duyğulu bir məna qatdı.

Roza İbadova Kocamazdan Duyğulu Təqdimat

Hər iki gün keçirilən mərasimlərin aparıcılığı, həm Azərbaycanda, həm də Türkiyədə tanınan sənətçi Roza İbadova Kocamaz tərəfindən həyata keçirildi. Kocamaz, Karşıyaka’dakı rəsmi mərasimdə və ikinci gün ehsan mərasimində Heydər Əliyevin sevdiyi Azərbaycan şeirlərini səsləndirərək iştirakçılara duyğulu anlar yaşatdı.

Sinevizyon və Ortak Duyğular

Tədbirin sonunda Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini və Azərbaycan dövlətinə qazandırdıqlarını əks etdirən sinevizyon nümayişi keçirildi. Daha sonra mərhum liderin çox sevdiyi “Küçələrə Su Sərpmışam” adlı əsər iştirakçılar tərəfindən birgə səsləndirildi.

İzmirdə keçirilən bu iki günlük anım proqramı, Heydər Əliyevin fikir və dövlət anlayışının, həmçinin Azərbaycan–Türkiyə həmrəyliyinə verdiyi strateji töhfənin keçən illərə baxmayaraq canlılığını qoruduğunu bir daha göstərdi.

Cevdet Lacınqaya

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ