Bu il uşaqlara ən çox qoyulan oğlan və qız ADLARI


Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-may aylarında) uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.

Turkustan.az xəbər verir ki, bu barədə məlumat Ədliyyə Nazirliyinin adlar üzrə statistikasında yer alıb.

Rəsmi məlumata görə, 2025-ci il ərzində 633 oğlan uşağına Uğur, 421 qız uşağına isə Zəhra adı qoyulub.

Oğlan adlarının siyahısı üzrə ikinci yerdə Hüseyn (421), üçüncü yerdə Əli (408), dördüncü yerdə Raul (408), beşinci yerdə Yusif (399), altıncı yerdə Ömər (296), yeddinci yerdə Miran (238), səkkizinci yerdə Ayxan (230), doqquzuncu yerdə Murad (225), onuncu yerdə isə Tunar (215) gəlir.

Qız adlarının siyahısında ikinci yerdə Zeynəb (392), üçüncü yerdə Melisa (387), dördüncü yerdə Məryəm (378), beşinci yerdə Ayla (366), altıncı yerdə Nilay (362), yeddinci yerdə Aylin (334), səkkizinci yerdə İnci (317), doqquzuncu yerdə Alisa (278), onuncu yerdə isə Miray (247) adları dayanır. /bizim.media/az/




MANŞET XƏBƏRLƏRİ