“Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla söhbətində həqiqətən də Kiyevə cavab verəcəyini deyib”.
Turkustan.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, cavab Rusiya ordusunun məqsədəuyğun hesab etdiyi zaman olacaq.
Qeyd edək ki, iyunun 4-də Tramp Putinlə telefonla danışıb. Onun sözlərinə görə, söhbətin mövzularından biri Ukraynanın PUA-larla Rusiya aerodromlarına zərbə endirmə əməliyyatı olub. Lakin Ağ Ev sahibinin “Putin mənə dedi ki, cavab hücumu olacaq” fikirləri inandıcı görünməyib. Çoxları bunun mübaliğə olduğunu zənn edib.
Xatırladaq ki, iyunun 1-də Ukrayna ordusu Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərinin hava limanlarına hücum edib./Globalinfo.az