Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Turkustan.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Mənbə qeyd edir ki, Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Ərdoğan isə Paşinyanı 2026-cı ilin yazında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi sammiti münasibətilə təbrik edib.
Tərəflər erməni-türk münasibətlərinə və regional inkişaflara dair məsələləri müzakirə ediblər və dialoqu davam etdirmək barədə razılığa gəliblər./Bizim.Media