Zelenski: Bu gecə Ukraynaya 103 PUA və bir ballistik raket atılıb


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun 103 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raketlə ölkəsinin müxtəlif bölgələrinə hücum etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Zelenski Telegram hesabında verdiyi açıqlamada rusların bu gecə ölkəsinə raket və PUA hücumları təşkil etdiyini bildirib.

Hücumlarda müxtəlif bölgələrin hədəf alındığını qeyd edən Zelenski: "Bu gecə Ukraynaya 103 pilotsuz uçuş aparatı və bir ballistik raket atıldı. Donetsk, Xarkov, Odessa, Sumi, Çerniqov, həmçinin Dnepropetrovsk və Xerson bölgələri hədəfə alındı" deyə, bildirib.

Çerniqov vilayətinin Priluki şəhərinə hücumda xidmətdə olan axtarış-xilasetmə qrupunun ailəsindən biri uşaq olmaqla 3 nəfərin həlak olduğunu açıqlayan Zelenski: "Rusiya davamlı olaraq öldürməyə davam etmək üçün özünə vaxt qazanmağa çalışır. Dünyadan kifayət qədər güclü qınaq və təzyiq hiss etmədikdə, yenidən öldürür"-deyə, əlavə edib.

Ölkəsinə edilən hücumu “terror hücumu” kimi xarakterizə edən Zelenski müttəfiqlərini Rusiyaya təzyiq göstərməyə çağırıb.

Yerli hakimiyyət orqanlarından verilən açıqlamaya görə, rusların gecə saatlarında həyata keçirdiyi hücumlarda Priluki şəhərində 5, Xarkov şəhərində isə 18 nəfər ölüb, 6 nəfər yaralanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ