Qız kimi qışqırırdı, o, sadəcə "xoruz"dur - Alaudinov


Areq Şepixinlə şəxsən görüşsəydim, tapançaya əl atardım.

Turkustan.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Apti Alaudinov bildirib.

O, bu məsələ ilə hüquq-mühafizə orqanlarının əvəzinə çeçenlərin məşğul olmasından narazılığını bildirib.

Areq Şepexinin müsəlmanları təhqir etməsi məsələsi haqda danışan Apti Alaudinov deyib ki, “erməni əsilli” hansısa bir şəx hökuməti devirməyə, müsəlmanlara nifrət etməyə çağırıb:

“Bütün çeçen xalqını təhqir etmək qərarına gələn bu heyvanı tubub aparanda qız kimi qışqırır, o, sadəcə "xoruz"dur. Hamımızı (müsəlmanları və yəhudiləri) yarımçıq hesab edir və deyir ki, bizi evə göndərmək lazımdır. Biz Rusiya Federasiyasının vətəndaşıyıq, ərazilərimiz, torpaqlarımızla onun tərkibindəyik. Gərək sən öz evinə, cəhənnəmə gedəsən".

Aludinov deyib ki, Areqi görsəydi, silahına əl atardı:

"Çünki belə heyvanları ölkədən çıxarmaq, cəhənnəmə göndərmək lazımdır. Bizim bu məsələ ilə məşğul olmalı dövlət qurumları haradadır? Niyə çeçenlər gedib bu "xoruz"u saxlamalıdırlar?

Çeçen hərbçi həmçinin bildirib ki, əgər Şepexin 10 il də olsa, çeçen olsaydı, ona dərhal cinayət işi açardılar və Moskvada “stəkanda fırtına” başlayardı:

"Çeçen xalqını təhqir etmək olmaz. Biz səssiz qalmayacağıq, həmişə lazım olanı edəcəyik”.

Rusiya hakimiyyətini də sərt tənqid edib. O bildirib ki, Valaam monastırının Qafqaz məclisinə rəhbərlik edən rahib Qavrilin müsəlmanlarla bağlı sözlərindən sonra cinayət işi açılmalı idi.

Qeyd edək ki, rahib bir müddət əvvəl "bayram vaxtı müsəlmanlar bütöv bir ordudur və əmr verilsə, moskvalıları doğraya bilər" deyə bəyanat verib.

Onun bu açıqlamasına işarə edən Alaudinov deyib:

"Cüppe geyinən bir axmaq iki milyard müsəlmana deyir ki, sizin inancınız səhvdir. Rusiyada 30 milyon müsəlman yaşayır və sən bizə inancımız haqqında nəsı demək istəyirsən?. Onun bu sözlərdən sonra heç bir cinayət işi açılmayıb və ya ən azı üzrxahlıq olmayıb".

Çeçen hərbçi qeyd edib ki, Bryansk və Kursk vilayətlərində törədilən terror aktlarında qeyri-müsəlmanlar iştirak edib, baxmayaraq ki, cəmiyyət “özbəkləri, tacikləri” tənqid edir.

Xatırladaq ki, Rusiyada yaşayan erməni Areq Şepexin sosial şəbəkələrdə mütəmadi olaraq müsəlmanları, Allahı və Quranı təhqir edib. O, öz videolarında çeçenləri və dağıstanlıları təhqir edərək bildirib ki, bundan sonra Moskvada "ermənilər hökmranlıq edəcək".

Bundan sonra bir qrup silahlı çeçen onu sürüyərək "Mercedes"in yük yerinə salıb və naməlum istiqamətdə aparıblar.

Rusiya mənbələri həmçinin erməni Areqin dindarların hisslərini təhqir etmək və dini ədavət salmaqda şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayıb. Bildirilir ki, araşdırmanı Çeçenistan hüquq-mühafizə orqanlarının əməkdaşları aparır.


MANŞET XƏBƏRLƏRİ