Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ


Naxçıvanda yeni kənd təsərrüfatı naziri təyin olunub.

Turkustan.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Müvafiq qərar Naxçıvanın Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədov tərəfindən imzalanıb.

Qeyd edək ki, Naxçıvandakı sözügedən vəzifəni müvəqqəti olaraq Xəyalə Dadaşova icra edib. O, kənd təsərrüfatı nazirinin müavini vəzifəsini davam etdirəcək.


MANŞET XƏBƏRLƏRİ