1984-cü ildə Gəncə şəhərinin Kəpəz rayonunda doğulur...
1990 / 2000-ci illərdə Gəncə şəhəri Nizamı aydın adına tam orta məktəbində təhsil alır...
2001 / 2005-ci ilçərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində təhsil alır...
2006-cı ildə Azərbaycan Ordusunun Təlim Tədris mərkəzində xüsusi təyinatlı ixtisası üzrə təhsilini də fərqlənmə ilə bitirir...
2018 / 2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında hərbi və dövlət idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alır...
2006-cı ildə Naxçıvanda yerləşən xüsusi təyinatlı N saylı hərbi hissəyə təyinat alır...
Həmin hərbi hissədə xüsusi təyinatlı taqım komandiri;
Xüsusi təyinatlı bölük komandiri;
Xüsusi təyinatlı tabor komandirinin maddi-texniki təminat üzrə müavini;
Xüsusi təyinatlı taborun qərərgah rəisi-tabor komandirinin müavini vəzifələrində xidmət edir...
2008-ci ildə Şərur rayonunun Yuxarı Yaycı istiqamətində dövlət sərhəddinin düşmən tərəfindən pozulma cəhdinin qarşısının alınması üçün aparılmış "xüsusi əməkiyyatda" xüsusi təyinatlı qrup komandiri kimi aktiv iştirak edir...
2014 / 2017-ci illərdə Culfa və Ordubad rayonlarının yüksək dağlıq relyefə malik olan ərazilərində dövlət sərhəddinin düşmən tərəfindən pozulması cəhdinin qarşısının alınmasında xüsusi xidmət göstərir, xüsusi təyinatlı bölük komandiri kimi "xüsusi əməliyyatın" vedişatında bir sıra taktiki komando yüksəkliklərində dayaq məntəqəsi və döyüş mövqelərinin qurulmasını təmin edir...
2019 / 2024-cü illərdə xüsusi təyinatlı qüvvələrin bölmə və hissələrində bir sıra vəzifələrdə:
Xüsusi təyinatlı tabor komandiri;
Xüsusi təyinatlı hərbi hissənin əməliyyat bölməsi rəisi-qərərgah rəisinin müavini;
Xüsusi təyinatlı hərbi hissədə qərərgah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində xidmət edir...
Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan, komandası ilə birlikdə Murovdağ istiqamətində bir neçə strateji əhəmiyyət daşıyan yüksəkliklərinin düşmən işğalından azad edilməsi, düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsinə nail olan, Murovdağ silsiləsinin şərti adı Camış mövqeyindən düşmən işğalında olan Cərəktar və Qaragöllər istiqamətində düşmənin 5.5 km dərinliyinə sızaraq hakim yüksəklikləri ələ keçirən və qoşunların irəliləməsinə əkverişli şərait yaradan, döyüş zamanı Füzuli uğrunda gedən döyüşlərdə ürək nahiyəsindən açıq güllə yarası və kəllə-beyin travması almasına baxmayaraq döyüş meydanını tərk etməyən Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı İlqar Orucov!
Qəhrəmanımızın vətən müharibəsindəki igidlikləri bununla bitmir. Belə ki, o, oktyabr ayının 1-dən etibarən Cıbrayıl istiqamətində yuxarı komandanlığın göstərişinə uyğun yerdəyişmə edərək Bayraq təpə-Nüzgar-Cəbrayıl istiqamətində gedən döyüşlərdə müdafiənin 3-cü səngəri adlandırılan həddi yararaq hücümu düşmənin dərinliyinə doğru inkişaf etdirib. Qısa müddət ərzində tabeliyində olan şəxsi heyəti bacarıqla idarə edərək Nüzgar yaşayış məntəqəsinin cənub-qərb hissəsinin Dəjəl, Hovuslu, Safarşa, Səybəy, Hacılı yaşayış məntəqələrinin və Cəbrayıl rayonunun cənub hissəsində yerləşən hakim yüksəkliklərin azad edilməsinə rəhbərlik edir. İştirak etdiyi ən ağır döyüş Cəbrayılın azad olunması istiqamətində, "Vışkalar" adlanan ərazidə düşmənin 9 atıcı alayının 2-ci eşalonu, ehtiyat bölmələri və 22-ci xüsusi təyinatlı briqadasının 1 tabora qədər qüvvəsi ilə aparılmış qeyri-bərabər döyüş olur ki, həmin döyüşdə düşmənin 8 tank və 270-dən çox canlı qüvvəsini məhv edir.
Qəhrəman zabitimiz Hadrut və Füzuli uğrunda gedən döyüşlərdə də igidlik və rəşadət göstərərək şəxsi heyəti və dost bplmələrlə birgə bir sıra yaşayış məntəqələrinin işğaldan azad edilməsində iştirak edir, Füzuli şəhərinin ətrafında yerləşən hakim yüksəkliklərdən şəhərə daxil olaraq şəhərin düşməndən təmizlənməsini həyata keçirib, Azərbaycan bayrağını Füzuli şəhərinin mərkəzində olan adsız yüksəklikdə dalğalandırıb.
İlqar Orucov döyüş əməliyyatının gedişatı zamanı tabeliyindəki şəxsi heyət ilə ümumilikdə 30-dan çox yaşayış məntəqəsi və komando yüksəkliyini düşmən işğalından azad etmiş, düşmənin 500-dən çox canlı qüvvəsini 25 tank və zirehli texnikasını, 30-dan çox döyüş və digər nəqliyyat vasitəsini, o cümlədən, bir çox reaktiv artijlleriya atəş vasitələrinin idarə etmə məntəqəsini məhv edib.
Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı; "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal; "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı; "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal; "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı; "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal; "Şücaətə görə" medal; "Cəbrayılın azad olunmasına görə" ; "Füzulinin azad olunmasına görə" ; "Xocavəndin azad olunmasına görə"; "Kəlbəcərin azad olunmasına görə" medalları; "Vətən Müharibəsi Qəhrəmanı" medalı; "Azərbaycan Bayrağı" ordeni; "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal; "Heydər Əliyevin 100 illiyi" yubiley medalı" və" Hərbi xidmətə görə" medalları ilə təltif edilib.
Döyüş meydanında ağır yaralanmasına baxmayaraq döyüş meydanını tərk etməyib, döyüşü günün sonunadək davam etdirərək Azərbaycanın Zəfər tarixini yazan qəhrəmanımız! Nə sizin, nə də şəxsi heyətinizin qəhrəmanlığını, şücaətini bu xalq heç bir zaman unutmayacaq!
Qeyd edim ki, elə bu günlərdə polkovnik-leytenantın rütbəsi vaxtından əvvəl artirilaraq ona polkovnik hərbi rütbəsi verilib.
Yeni rütbəniz münasibəti ilə sizi təbrik edir, bundan sonrakı xidmətinizdə də sizə uğurlar arzulayıram cənab polkovnik!
Siz və sizin kimi qəhrəmanlar bu günkü və gələcək nəsillər üçün mərdlik və qəhrəmanlıq simvolusunuz! Sizə olan borcumuzu heç zaman ödəyə bilməsək də, sizinlə daim fəxr edəcəyik!
Sevinc Bəhmənli