Nuriyyə Hüseynovanın yaradıcılıq gecəsi keçiriləcək


Əməkdar artist Nuriyyə Hüseynovanın yaradıcılıq gecəsi keçiriləcək.

Turkustan.az xəbər verir ki, aprelin 29-da saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində düzənlənəcək gecədə Nuriyyə xanımın sənət və pedaqoji fəaliyyətindən söhbət açılacaq, ictimai xadim olaraq Azərbaycan musiqisinin beynəlxalq miqyasda uğurlu təbliği barədə danışılacaq.

Konsertdə Əməkdar artist Nuriyyə Hüseynovanın repertuarından əlavə, öz bəstələrinə də yer veriləcək. Müxtəlif sənətçilər, həmçinin, Nuriyyə xanımın yetişdirdiyi tələbələri onun bəstələdiyi mahnıları ifa edəcəklər.

Bədii gecədə Nuriyyə Hüseyovanın bəstələrinin toplandığı kitab da təqdim olunacaq.

Konsertə biletləri https://iticket.az/events/concerts/creative-evening-of-honored-artist-nuria-huseynova/114727#icalendar saytından əldə etmək mümkündür.


MANŞET XƏBƏRLƏRİ