Ter-Petrosyanın istefa bahasına irəli sürdüyü plan - Yenidən üzə çıxdı


Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan və onun komandası 1994-cü ildə preambulasında Müstəqillik Bəyannaməsinə heç bir istinadın olmadığı yeni Konstitusiya layihəsini təqdim ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ruben Rubinyan bildirib.

Onun sözlərinə görə, həmin dövrdə dövlət başçısı olan Levon Ter-Petrosyan müxalifəti referendumun keçirilməsinə mane olmamağa və qərarı xalqın ixtiyarına buraxmağa inandırmağa çalışıb.

Ter-Petrosyan hətta iki Konstitusiya layihəsinin – öz komandasının və müxalifətin hazırladığı sənədlərin eyni vaxtda referenduma çıxarılmasını təklif edib.

O, müxalifətin təqdim etdiyi layihənin qalib gələcəyi təqdirdə istefa verəcəyini də vəd edib.

Rubinyanın sözlərinə görə, nəticədə geri çəkilən Ter-Petrosyan deyil, müxalifət olub.

Rubinyan Ter-Petrosyanın 1994-cü ildəki mövqeyi ilə bugünkü mövqeyi arasındakı ziddiyyətə də diqqət çəkib. O bildirib ki, Ermənistanın hazırkı hakimiyyətinin Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın yer almaması ilə bağlı müdafiə etdiyi mövqeyi 32 il əvvəl Ter-Petrosyan və onun komandası müdafiə ediblər./Musavat.com


MANŞET XƏBƏRLƏRİ