Kosmosda süni intellekt bazası: Maskın "Starmind" layihəsi təsdiqləndi


ABŞ Federal Rabitə Komissiyası texnologiya milyarderi İlon Maska məxsus "SpaceX" şirkətinə kosmosda məlumat mərkəzləri qurmaq üçün 1 milyona qədər peykdən ibarət şəbəkə yaratmağa icazə verib.

Turkustan.az xəbər verir ki, "Starmind" adlanan bu sistem süni intellekt sahəsində hesablama gücünə olan sürətlə artan tələbatı ödəməyi hədəfləyir.

Peyklərin orbitə yerləşdirilməsinə 2033-cü ilin noyabr ayından gec olmayaraq başlanılması planlaşdırılır. Şirkət 2035-ci ilin noyabr ayına qədər icazə verilən ümumi peyklərin 10 faizini, 2038-ci ilin noyabr ayına qədər isə 50 faizini orbitə çıxarmalıdır.

Lakin Amerika Astronomiya Cəmiyyəti və ətraf mühit təşkilatları bu cür iri və parlaq peyklərin gecə səmasını müşahidə etməyi çətinləşdirəcəyi, eləcə də kosmik tullantı riskini artıracağı barədə xəbərdarlıq ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ