ABŞ-da federal hakim prezident Donald Trampın Vaşinqtonda tikdirməyi planlaşdırdığı tağın inşasını 14 gün müddətinə dayandırıb.
Turkustan.az xəbər verir ki, CNN-in məlumatına görə, Milli Kapital Planlaşdırma Komissiyası Trampın təşəbbüsü ilə inşa edilməsi nəzərdə tutulan, təxminən 77 metr hündürlüyündə tağın tikintisini təsdiqləyib.
Lakin qərarın qəbulundan bir saat keçməmiş Vaşinqton Rayon Məhkəməsinin hakimi Tanya Çutkan tikinti işlərinin 14 gün müddətinə dayandırılması barədə qərar verib. Qərara əsasən, tağın inşası planlaşdırılan ərazidə hər hansı tikinti fəaliyyətinin başlanması və ya davam etdirilməsi qadağan olunub.
Hakim qərarını mümkün iqtisadi təsirlər və nəqliyyatın hərəkətində yarana biləcək problemlərlə əsaslandırıb.
Qeyd edək ki, Trampın inşa etdirmək istədiyi tağın Potomak çayı üzərində yerləşən Arlington Xatirə Körpüsünün yaxınlığında tikilməsi planlaşdırılır.
Aytən Yaşar/Turkustan.az