Noyabrın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Turkustan.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacaq. Gündüz saatlarında yarımadanın ayrı-ayrı ərazilərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal edilir.
Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə isə duman olacağı gözlənilir.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 8-12, gündüz 14-17 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 2-6 dərəcə isti gözlənilir.