FT: Rusiya İrana 90 raket buraxılış sistemi sifariş etdi


Britaniyanın “Financial Times” qəzeti Rusiyanın müdafiə sənayesinə aid istehsal sənədlərində İranın 90 raket buraxılış sistemi sifariş etdiyini göstərən qeydlər aşkarlandığını iddia edib.

Turkustan.az xəbər verir ki, qəzetin əldə etdiyi hesabatda Rusiyanın 2024-2025-ci illəri əhatə edən istehsal cədvəlində İran üçün 90 ədəd APU-L raket buraxılış sisteminin sifariş edildiyi bildirilir.

Sənədlərdə Rusiyanın dövlət silah ixracatçısının İranı müəyyənləşdirmək üçün “K-10” kodundan istifadə etdiyi qeyd olunur.

Hesabatda, həmçinin Rusiyanın səsdən sürətli qanadlı raket texnologiyasının inkişafında Tehrana dəstək verdiyi iddia edilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ