ABŞ-ın müdafiə naziri Pit Heqset prezident Donald Trampın hərbi siyasətini və İranla müharibəni müdafiə edib.
Turkustan.az xəbər verir ki, Respublikaçıların ara seçkilərdə məğlubiyyətindən sonra vəzifəsindən uzaqlaşdırılması tələbləri ilə üzləşən Heqset Trampın İrana qarşı hərbi əməliyyatını Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş “cəsarətli və tarixi təşəbbüs” kimi qiymətləndirib.
Ara seçkilərin nəticələri əsasən bəlli olduqdan və onun istefası ilə bağlı çağırışlar səsləndirildikdən sonra Heqset sosial media hesabında video müraciət yayımlayıb.
O bildirib ki, Tramp Müdafiə Nazirliyinin diqqətini yenidən hərbi hazırlığa və döyüş qabiliyyətinin artırılmasına yönəldib.
“Növbəti bir neçə ay və il nazirliyimiz və respublikamız üçün həyati əhəmiyyət daşıyır. Bu, prezidentin “Amerika birinci” gündəliyi və nazirliyimizin “güc vasitəsilə sülh” siyasəti ilə bağlıdır”, - deyə Heqset vurğulayıb.
Aytən Yaşar/Turkustan.az