ABŞ-ın müdafiə naziri Pit Heqset Demokratların ara seçkilərdə qələbəsindən sonra onun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı çağırışlara münasibət bildirib və Konqresdə ona qarşı irəli sürülə biləcək impiçment cəhdlərinin uğursuz olacağını deyib.
Turkustan.az xəbər verir ki, Heqset noyabrın 3-də keçirilən ara seçkilərdən sonra sosial şəbəkə hesabında video müraciət yayımlayıb.
Nümayəndələr Palatası fəaliyyətə başladıqdan sonra ona qarşı impiçment maddələrinin yenidən irəli sürüləcəyini bildirənlərə cavab verən nazir tənqidlərə məhəl qoymayacağını vurğulayıb.
“Gördüyünüz kimi, onlar mənə hücum edirlər, bizə hücum edirlər, çünki biz effektivik. Bu, nəticə verməyəcək. Biz geri çəkilməyəcəyik”, – deyə Heqset bildirib.
O, impiçment cəhdlərini “siyasi teatr” adlandırıb və Prezident Donald Trampın da iki dəfə impiçment proseduru ilə üzləşdiyini xatırladıb.
“Bütün bunlar siyasi rəqibləri şəxsən məhv etmək cəhdidir. Bu, Prezident Trampa qarşı nəticə vermədi və mənə qarşı da işləməyəcək. Buna əmin ola bilərsiniz”, – deyə müdafiə naziri əlavə edib.
Aytən Yaşar/Turkustan.az