ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki Oval Ofis və Kabinet Otağının “milli abidə” elan edilməsi ilə bağlı bəyannamə imzalayıb.
Turkustan.az xəbər verir ki, Tramp bu addımını Oval Ofisdə əldə edilən uğurları qorumaq istəyi ilə əsaslandırıb.
“Bu vəzifədə inanılmaz qələbələrimiz olub. Buna görə də biz buranı milli abidəyə çeviririk ki, axmaqlar ona toxuna, onu məhv edə və ya korlaya bilməsinlər”, – deyə Tramp bildirib.
Bəyannamə Konqres tərəfindən də təsdiqlənərsə, gələcək ABŞ prezidentləri Oval Ofis və Kabinet Otağında dəyişiklik etmək üçün Konqresin razılığını almalı olacaqlar.
Aytən Yaşar/Turkustan.az