Üzeyir Hacıbəylinin dünyagörüşündə milli fəlsəfi və sosial-siyasi aspektlər


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir

fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

I yazı

Azərbaycan Türk mütəfəkkiri Üze­yir Ha­cı­bəy­li (1885-1948) Ağ­ca­bə­­di­də dün­ya­ya gəl­miş, ilk təh­si­li­ni Şuşadakı iki­si­nif­li Rus-Türk mək­tə­bin­də al­mış­dır. Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sın­da (1899-1904) təh­si­li­ni da­vam et­di­rən Ha­cı­bəy­li 1904-cü il­də Cəb­ra­yıl qə­za­sı­nın Had­rut kən­din­də­ki mək­təb­də rus di­li, he­sab, ta­rix və mu­si­qi­dən dərs de­miş­dir (17, s.8-9). Çar­lıq­da baş ver­miş 1905-ci il in­qi­labı ərə­fə­sin­də Bakıya gə­lən Ha­cı­bəy­li “Səa­dət” mək­tə­bin­də mü­əl­lim iş­lə­miş, ey­ni za­man­da “Hə­yat” qə­ze­ti­nin tər­cü­mə­çi­si, “İr­şad” qə­ze­ti­­nin isə əmək­­da­şı ol­muş­dur(1, 19-20). 1907-ci il­də Ba­kı­da­ “He­sab mə­sə­­lə­­lə­ri” və “Mət­bu­at­da İs­ti­fa­də olu­nan Si­ya­si, Hü­qu­qi, İq­ti­sa­di və Əs­gə­ri Söz­lə­rin Tür­ki-Ru­si və Ru­si-Tür­ki Lü­ğə­ti”ni nəşr et­dir­miş­dir. 1908-ci ilin yanvarın 12(25)-də onun “Leyli və Məcnun” operası müsəlman Şərqində ilk dəfə səhnələşdirlmişdir (16, s.5-6).

O, 1911-ci il­də mu­si­qi təh­si­li al­maq üçün Moskvaya get­miş, Mosk­va fi­lar­mo­nik cə­miy­yə­ti nəz­din­də İl­yins­ki­nin xü­su­si mu­si­qi kur­sun­da təh­sil al­mış­dır. Mad­di eh­ti­yac üzun­dən Ü.Ha­cı­bəy­li Mosk­va­da mu­si­qi təh­si­li­ni ya­rım­çıq qo­yub Ba­kı­ya qa­yıdaraq bu­ra­da yaz­dı­ğı ope­ra­la­rı səh­nə­yə qoy­maq­la məş­ğul ol­muş­dur.

Cüm­hu­riy­yətin qu­ru­luş və inkişafında ya­xın­dan iş­ti­rak et­diyi üçün 27 aprel işğalının ilk il­lə­rin­də bolşevizm repessiyası ilə üz-üzə qalmış, yalnız ya­xın qo­hu­mu H.Te­re­qu­lov və N.Nə­ri­ma­no­vun sa­yə­sin­də bu təh­lü­kə so­vuş­muş­dur. 1921-ci il­də Bakıda Azər­bay­can­lı tə­lə­bə­lər üçün ilk mu­si­qi mək­tə­bi­ni – ­­­­Azərbaycan Döv­lət Türk Mu­si­qi Məktəbini (son­ra­lar tex­ni­kum) təş­kil et­miş­dir (15, 269-270). 1926-cı il­dən­ ­­­­Azərbaycan Döv­lət Konser­vatoriya­sında fəa­liy­yət gös­tə­rən Ha­cı­bəy­li bu­ra­da nə­zə­riy­yə, har­­mo­ni­ya,­­Azərbaycan Türk mu­si­qi­si­nin əsas­la­rı fən­lə­rin­dən dərs de­miş, kon­ser­va­to­ri­ya ya­nın­da ilk çox­səs­li Azər­bay­can Türk xor kol­lek­ti­vi ya­rat­­mış­dır. O, 1927-ci il­də Müslüm Ma­qo­ma­yev­lə bir­gə ilk “Azər­­bay­can Türk el nəğ­mə­lə­ri” məc­muə­si­ni nəşr et­dir­miş­dir. 1931-ci il­də Azər­bay­can Ra­dio Ko­mi­tə­si ya­nın­da ilk not­lu xalq çal­ğı alət­lə­ri or­kest­ri təş­kil et­miş­, 1937-ci ildə ən məşhur operalarından olan “Ko­roğ­lu”nu yazmışdır.

O, 1948-ci il­də Ba­kı­da və­fat et­miş­dir.

Əsas əsərləri aşağıdakılardır: “Siyasi, hüquqi, iqtisadi və əsgəri sözləri, türk-rusi, rusi-türk lüğəti” (1907), “Leyli və Məcnun” operası (1908), “Türk operaları haqqında” (1924), “Azərbaycan Türk el nəğmələri” (1927, həmmüəllif), “Koroğlu” (1937), “Azərbaycan xalq musiqinin əsasları” və b.

Sosial-demokratizm və onun milli mahiyyəti. Üzeyir Hacıbəylinin dün­ya­gö­rü­şün­də ilk dövrlərdə so­si­al-de­mok­ra­tizm təlimi mü­hüm yer tut­muş­dur. XX əs­rin ilk on il­li­yin­də, yə­ni mil­li ide­ya xət­ti­nin bir­mə­na­lı ola­raq or­ta­ya çıx­ma­dı­ğı bir dövr­də Ha­cı­bəy­li bə­zi zi­ya­lı­la­rı­mı­z ki­mi ça­riz­mə qar­şı mü­ba­ri­zə apa­ran cə­rə­yan­lar ara­sın­da tə­ləb və mə­ra­mı­na gö­rə so­si­al-de­mok­ratizm tə­li­mi­nə me­yil gös­tər­miş­dir. Xü­su­si­lə də, 1-ci Ru­si­ya in­qi­la­bi il­lə­rin­də (1905-1907) Ha­cı­bəy­li­nin ya­zı­la­rın­da mü­əy­yən qə­dər də ol­sa, “so­si­al-de­mo­ka­tizm”ə me­yil hiss olu­nur. Mə­sə­lən, o, mə­qa­lə­lə­rin­də sol­çu “so­si­al-de­mok­rat” fir­qə­si­nə di­gər təş­ki­lat­lar­dan da­ha çox üs­tün­lük ver­miş­dir. Onun fik­rin­cə, so­si­al-de­mok­rat­lar okt­yab­rist­lər­dən, ka­det­lər­dən, so­sia­list-inqi­lab­çı­lar­dan və baş­qa təş­ki­lat­lar­dan fər­li ola­raq Döv­lət Du­ma­sın­da ən doğ­ru yol tut­muş­dur. Ha­cı­bəy­li ya­zır­dı: “Tə­ləb və mə­ram­ca ən gö­zəl, ən yax­şı fir­qə “İc­ti­ma­iy­yun-amiy­yun” (so­si­al-de­mok­rat) fir­qə­si­dir ki, onun bü­tün tə­ləb­lə­ri in­sa­nı va­leh edir, baş­lı­ca tə­lə­bi isə nə­yə de­sən də­yər! Bu tə­ləb isə ka­sıb və döv­lət­li­ni bə­ra­bər­ləş­dir­mək, pul üzün­dən, var-döv­lət fərq­lə­ri üzün­dən bu gün dün­ya­da möv­cüd olan pa­xıl­lı­ğı, kin-kü­du­rə­ti, əda­və­ti, qə­rəz­kar­lı­ğı, nif­rə­ti, ya­la­nı, sax­ta­kar­lı­ğı, ri­ya­kar­lı­ğı, da­va-da­laş­la­rı, mü­ha­ri­bə­lə­ri və baş­qa bu ki­mi hal­la­rı yox et­mək­dir” (6, s.528). O, ilk dövrlərdə hesab edirdi ki, yalnız sosializm əqidəsi bütün insanların sosial və hüqüqi bərabərliyində yanadır: “So­sia­lizm si­ya­si bir əqi­də­dir ki, ona gö­rə, dün­ya ma­lı­nı ha­mı adam­lar ara­sın­da bə­ra­bər­cə böl­mək üçün in­di­ki məi­şət və hə­ya­ti-bə­şə­riy­yə­ni də­yiş­dir­mək la­zım­dır. Yə­ni bu əqi­də­yə gö­rə, dün­ya­da döv­lət­li­li­yi və ka­sıb­lı­lı­ğı ara­dan gö­tü­rüb, ha­mı­nı iq­ti­sa­di cə­hət­cə bə­ra­bər et­mək olar. Bu­nun üçün xü­su­si və şəx­si mə­na­fe­yi ara­dan gö­tü­rüb, əmək və zəh­mə­ti ha­mı ara­sın­da bə­ra­bər böl­mək la­zım­dır ki, bun­ların məh­su­la­tı da ha­mı­ya bə­ra­bər çat­sın”.De­mə­li, ilk dövr­lər­də Ha­cı­bəy­li də bə­zi mü­tə­fək­kir­lə­ri­miz ki­mi inan­mış­dır ki, so­si­al-de­mok­rat tə­li­mi bü­tün xalq­la­ra, xü­su­si­lə də on­la­rın is­tis­ma­ra mə­ruz qa­lan his­sə­lə­ri­nə xoş­bəxt­lik gə­ti­rə­cək­dir, çünki yalnız bu tə­lim­də heç bir di­ni, ir­qi, mil­li ay­rı-seç­ki­lik yox­dur. O, ya­zı­la­rın­da gös­tə­rir­di ki, ka­det­ler və eser­lər mo­nar­xist­lər və okt­yab­rist­lər ki­mi döv­lət­lə əmək­daş­lı­ğa da­ha çox me­yill­idir­lər, nə­in­ki so­si­al-de­mok­rat­lar (4, s.327-328).

So­si­al-de­mok­rat tə­li­mi­nin bir çox ide­ya­la­rı­nı təq­dir edən Ha­cı­bəy­li he­sab edir­di ki, sol­la­rın Döv­lət Du­ma­sın­da tut­du­ğu möv­qe di­gər fir­qə­lər­lə mü­qa­yi­sə­də da­ha doğ­ru­dur. Bu ba­xım­dan onun ya­zı­la­rın­da Döv­lət Du­ma­sın­da­kı “Mü­səl­man frak­si­ya­sı”­nın Ru­si­ya­nın 30 mil­yon­luq mü­səl­man əhal­si­nin mil­li, di­ni, iq­ti­sa­di, el­mi, təh­sil eh­ti­yac­la­rı­nın ödə­nil­mə­si is­ti­qa­mə­tin­də da­ha çox so­si­al-de­mok­rat­lar­la əmək­daş­lıq et­mə­si­nə me­yil­li­yi də hiss olu­nur. O, ya­zır­dı: “Döv­lət du­ma­sı­nın üzv­lə­ri, yə­ni əha­li tə­rə­fin­dən gön­də­ril­miş və­kil­lər ora­da ne­çə-ne­çə fir­qə­yə bö­lü­nüb­dür­lər. Bi­zim və­kil­lə­rə də la­zım­dır ki, bu fir­qə­lə­rin bi­ri­nə öz­lə­rin da­xil et­sin­lər. Bu işi biz və­ki­lin öz vic­dan və in­sa­fı­na hə­va­lə edi­riz. Əl­bət­tə, hər bir hal­da, və­kil­lə­ri­mi­zə la­zım­dır ki, o fir­qə­yə da­xil ol­sun­lar ki, onun mə­ram­na­mə­si biz əha­li­nin bü­tün eh­ti­ya­ca­tı­nı rəf et­mək üçün it­ti­xaz olu­na bilən mə­ram­na­mə­yə mü­va­fiq ola” (4, s.224).

Ha­cı­bəy­li Çar­lı­ğın apar­dı­ğı qəd­dar si­ya­sə­tə bax­ma­ya­raq, II Du­ma­da “sol”la­rın önə çıx­ma­sı­nı tə­sa­dü­fi de­yil, ək­si­nə cid­di əsas­lar­la baş ver­di­yi­ni izah et­miş­dir: “Hö­ku­mə­tin seç­ki ic­raa­tın­da qoy­du­ğu təh­di­dat də­xi onun nə­fi­nə əhə­miy­yə­tə la­yiq bir müd­dət ye­ti­rə bil­mə­di. Du­ma üzv­lə­ri yı­ğıl­dı və on­la­rın ək­sə­riy­yə­ti də hə­man hö­ku­mət qa­ba­ğı­nı kə­sən “sol”lar­dan ol­du. Bu nə­yə dəl­lil­di­r? Bu­na də­lil­dir ki, Ru­si­ya­da əv­vəl­cə ək­sə­riy­yən xə­fi və bə­zən aşi­kar su­rət­də get­dik­cə kəs­bi-iz­di­yad və is­te­dad edən və bu axır vaxt­lar­da ahu fə­qan­lar, od­lu-od­lu şi­ka­yət­lər, da­du fər­yad­lar ilə bə­ra­bər re­vol­ver­lər, tü­fəng­lər, bom­ba­lar par­tıl­tı və gu­rul­tu­lar ilə bü­tün mə­mlə­kə­ti lər­zə­yə sal­mış olan mil­lət eti­ra­zı sə­vü­kə­qil­lə­rin gör­mək üçün ic­ra edi­lən boş və əsas­sız bir nü­ma­yiş de­yil­dir. – bu, ca­na doy­muş ca­maa­tın, kə­ma­lə çat­mış əqil­lər tə­viq və təh­ri­ki ilə sə­da­yi-həqq tə­lə­ba­nə­si­dir. O sə­da ki, heç bir hə­də-qor­xu ilə xa­muş ol­maz və hər bir top və pu­lem­yot­dan­də­xi gu­rul­tu­lu və əsər­li ol­maq­la bə­ra­bər get­dik­cə mü­hib və müd­hiş olub eşi­dən­lə­rin tük­lə­ri­ni qa­bar­dar və bə­dən­lə­ri­ni lər­zə­yə sa­lar”(4, s.266). Vaxtilə bu ki­mi mü­la­hi­zə­lə­rə is­ti­nad edən akademik Firudin Kö­çər­li­yə gö­rə Ha­cı­bəy­li mark­siz­min tə­si­ri al­tın­da in­qi­la­bi hə­rə­ka­ta qız­ğın rəğ­bət bəs­lə­miş, özü­nə­məx­sus us­ta­lıq­la in­qi­la­bi ide­ya­la­rı təb­liğ et­mək də­rə­cə­si­nə qə­dər yük­səl­miş­dir (14, s.8).

Biz­cə, o, 1900-cu il­lər­də Os­man­lı və Qa­car­lar­da baş ver­miş məş­ru­tə hə­rə­kat­la­rı­na da da­ha çox so­si­al-de­mok­rat­la­rın möv­qe­yi­nə ya­xın bir ya­naş­ma sər­gi­lə­miş­dir. Ha­cı­bəy­li he­sab edir­di ki, bu iki türk-mü­səl­man öl­kə­sin­də baş ve­rən in­qi­lab­lar nə­ti­cə­sin­də is­tib­dad­lar məhv edilə­cək və bü­tün in­san­lar azad­lıq­lar əl­də edə­cək­lər. O, ya­zır­dı: “31 mart (1909) ha­di­sə­sin­dən son­ra Os­man­lı­da ye­ni­dən əsil in­qi­lab va­qe olub, doğ­ru­dan da is­tib­dad məhv edil­di. Bu gün (1909-cu ilin iyu­lu) isə hə­mən əsil in­qi­lab İran­da baş ver­mək­də­dir. Odur ki, bu in­qi­la­bın nə­ti­cə­si­nə də kə­ma­li eti­mad ilə inan­maq olar... Əvət, bir bu qə­dər inad­lı­lıq gös­tə­rib də, təc­di­di-hə­yat et­mək ar­zu­sun­da olan mil­lə­tin yo­lu­na sədd çək­mək­lə on mil­yon­luq bir ca­maa­tı müs­tə­bid əli al­tın­da əz­mək is­tə­yən şah, bu gün özü­nə bir tə­ri­qi-ni­cat ax­ta­rır; pə­nah ara­yır. Bü­tün is­tib­dad tə­rəf­dar­la­rı bil­di­lər ki, böy­lə bir gün də var­mış”(4, s.86). Xü­su­si­lə də, Qa­car­lar­da­kı in­qi­la­ba bö­yük ümid­lər bəs­lə­yən Ha­cı­bəy­li ina­nır­dı ki, bu­ra­da əsr­lər­dən bə­ri avam xal­qın ili­yi­nə iş­lə­miş çü­rük əqi­də­lər ara­dan qal­xıb, onun ye­rin­də ye­ni­lik­çi, qa­nun­pə­rəst bir hö­ku­mət qu­ru­la­caq­dır (4, s.89-90). Ancaq onun so­si­al-de­mok­ratizmə me­yil­li­yi uzun sür­mə­miş, 1910-cu il­lər­dən eti­ba­rən o, mil­li-de­mok­rat cəb­hə­sin­də fəa­liy­yət gös­tər­miş­dir.

Milli maarifçilik və türkçülük. Üzeyir Ha­cı­bəy­li is­tər so­si­al-de­mok­ra­tiz­mə me­yil gös­tər­di­yi, is­tər­sə də bir­mə­na­lı şə­kil­də mil­li-de­mok­ra­tizm cəb­hə­sin­də ol­du­ğu dövr­lər­də əsas diq­qə­ti Qaf­qaz türk­lə­ri­nin, o cüm­lə­dən Qu­zey Azər­bay­can türk­lə­ri­nin mil­li oya­nı­şı­na, mil­li haqq və azad­lıq­la­rın əl­də olun­ma­sı­nayö­nəlt­miş­dir. Mə­sə­lən, o, müa­si­ri ol­du­ğu dövr­də əc­nə­bi mü­əl­lif­lər tə­rə­fin­dən mü­səl­man türk­lə­rin ta­ma­mi­lə vəh­şi və bar­bar ki­mi qə­lə­mə ve­ril­mə­lə­ri­nə qar­şı kəs­kin şə­kil­də eti­raz et­miş­dir. 1905-ci il­də “Hə­yat”da nəşr olu­nan “Bir xa­nım əfən­di­nin biz­lə­rə hüs­nü-tə­vəc­cö­hi” ad­lı mə­qa­lə­sin­də Ha­cı­bəy­li ya­zır­dı ki, Al­la­hın in­san­la­rı ya­ra­dan­da yal­nız türk­lə­rin ma­ya­sı­na is­te­dad qoy­ma­ma­sı, mə­ri­fət və mə­də­niy­­yət­dən uzaq tut­ma­sı mülahizəsi qəbuledilməz­dir. Be­lə ki, türk­lər bu gün mə­də­niy­yət sa­rı­dan in­ki­şaf et­miş bə­zi mil­lət­lər­dən ge­ri­də qal­sa da, an­caq mə­sə­lə­ni if­rat şə­kil­də qoy­maq doğ­ru de­yil­dir. O, ya­zır­dı: “Doğ­ru­dur, cüm­lə Qaf­qaz əha­li­si ümu­miy­yət­lə və biz Türk tay­fa­sı da, xü­su­si­lə Av­ro­pa mil­li-mə­də­ni sə­viy­yə­lə­ri­nə nis­bə­tən, ümu­miy­yət eti­ba­ri­lə ya­rım­vəh­şi­yik. An­caq bu­ra­sı nə­zər­də tu­tul­ma­lı­dır ki, av­ro­pa­lı­lar bu dün­ya evi­nə ana bət­nin­dən mə­də­niy­yət­li hal­da düş­mə­miş­lər. Bəl­kə əsr­lər­cə ömür edə­rək mə­də­niy­yət yo­lu­nu ta­pıb, on­dan fay­da­lan­mış­lar” (7).


MANŞET XƏBƏRLƏRİ