İsrail Baş naziri Benyamin Netanyahu atəşkəs danışıqları masasına qayıtmaq üçün Qəzza sülh planını pozub, Türkiyənin iştirakı olmadan yeni razılaşmalar həyata keçirmək istəyir.
Turkustan.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.
Məlumata görə, İsrail türk hərbçilərinin beynəlxalq sabitləşdirmə qüvvələrinə daxil edilməməsində israr edəcək:
“Netanyahu Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin iştirakı ilə sabitləşdirici qüvvələrin yaradılmasına etiraz etmir. Onlardan HƏMAS-ın tərksilah edilməsinə və tunellərin məhv edilməsinə kömək etmələrini istəyir. Netanyahu üçün yeganə problem Türkiyə və Qəzzada türk əsgərinin olmasıdır”. /axar.az/