ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albaneseni qəbul edib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti mətbuatın suallarını cavablandırarkən HƏMAS-la bağlı açıqlamalar verib.
"Həmas ilə razılığa gəldik. Onlar özlərini düzgün aparacaqlar, yaxşı olacaqlar. Əgər etməsələr, sıradan çıxarılacaqlar", - Tramp deyib.
ABŞ prezidenti "Həmas ilə kiçik bir problemimiz var. Müqaviləni pozduqları üçün tezliklə həll olunacaq" deyən HƏMAS-a xəbərdarlıq da edib.
Donald Tramp, HƏMAS-ın rəhbərliyi ilə problem olduğunu düşünmədiyini, lakin HƏMAS-ın tərkibində bəzi üsyançıların olduğunu bildirərək, “Onlar bir neçə nəfəri öldürdülər” deyib.
Donald Tramp HƏMAS-a şans verəcəklərini bəyan edib.
Aytən Yaşar/ Turkustan.az