Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
VI Yazı
Rus ordusu tərəfindən Lənkəranın işğal edilməsi
Abbas Mirzənin gözlənilmədən məğlub edilib geri çəkilməsindən sonra Kotlyarevski Lənkəranı almaq fikrinə düşmüş və bu məqsədlə və bu məqsədlə seçmə əsgərlərdən ibarət böyük ordusunu bu əhəmiyyətli lmana göndərmişdi.Lənkəran xanları sülaləsinin banisi Seyid Abbas bəyin nəsli Güney Azərbaycanın Xalxal mahalının Hır kəndindəndir. Seyid Abbas bəyin Səfəvi sülaləsindən(1501-1736) gəldiyi bilinir.
Lənkəran limanının Qacar tüfəngçilərindən təşkil edilmiş müdafiəçiləri şəhər qalasını düşmənin sayca üstün qüvvələrinin hücumundan müdafiə emişlər.İşğalçı rus əsgərləri böyük əziyyətdən sonra nərdivan və mancanaqla qala bürclərinin üstünə çıxıb limanı müdafiə edən əsgərlərə atəş açmışdılar.Limandakı Qacar sərkərdələr: Məhəmməd bəy Qacar və Sadıq xan Qacar az miqdarda hərbi qüvvələrinin köməyi ilə heyrətləndirici fədəkarlıq göstərib düşmən hücumunun qarşısında mərdliklə durmuşdular.Lakin bir sıra qanlı döyüşlərdən sonra,nəhayət Qacar qarnizonu qala bürclərinin üstündə şəhid olmuşdu.Beləliklə, rus əsgərləri heç bir maneə olmadan limana girib,Lənkəranı almışlar.
Sayca az,lakin şərəflə vuruşub şəhid olan Qacar müdafiəçilərinə qarşı hücum edən rus qoşunu bu döyüşdə iki min beş yüzdən artıq öldürülmüş əsgər və minlərlə yaralı tələfat vermişdir.1813-cü il yanvarın 1-də ruslar Lənkəranı işğal etdilər.
Abbas Mirzə Lənkəran qalası müdafiəçilərinin hamısının şəhid olmalarından və bu limanın ruslar tərəfindən alınmasından xəbər tutduqda çox kədərlənmiş, bu savaş barədə məlumatı Fətəli şah Qacarın qərargahı olan Sultaniyyə Çəməninə bildirib,Qacar dövləti paytaxtı Tehrandan və başqa yerlərdən yardım qüvvələri göndərilməsini tələb etmişdir.
Qacar dövləti şahı isə vəliəhdə məktub göndərib şahzadəyə yardım verəcəyinə və onun son əsgər itkilərini əvəz edəcəyinə əmin etmişdir.
Abbas Mirzə Təbrizə qayıtdığı zaman Hüseynqulu xan Sərdar öz qüvvələrini İrəvan xanlığı qalalarında toplayıb rusların hücumu qarşısında müdafiəyə hazırlamışdı.
Digər tərəfdən rus qüvvələri komandanlığı bir neçə min təcrübəli əsgər, çoxlu hərbi sursatla İrəvana hərəkət etməyə tapşırıq almışdır.Ruslar Şoragöl və Pənbək yolu ilə gedib İrəvan və yaxın kəndlərdəki zəmiləri yandırır,orada olan ərzaqı qarət edirdi.
Hüseynqulu xan Qacar isə İrəvanda öz əsgərləri ilə cihada və müdafiəyə hazırlaşırdı.İrəvandakı müdafiə qüvvələrinin azlığını gördükdə bu şəhərdəki bir çox mollalar və üləmalar iztiraba düşüb əhalini cihada və düşmənə qarşı savaşmağa qaldırmaq üçün kəfən geymiş,şəhərdə gəzərək adamları müdafiəyə çağırmışlar.Mollaların çağırışı nəticəsində şəhərdəki qeyrətli müsəlmanlar silaha sarılıb Hüseynqulu xan Qacarın qoşunu sıralarına daxil olmuşlar.İrəvanın qəhrəman sərkərdəsi onları şəhərdən kənara çıxarıb təcavüzkar düşmənə qarşı döyüşə başlamışdır.
Hüseynqulu Xan Sərdar və onun qoçaq fədailəri rusların hücumu qarşısında elə müqavimət göstərib igidliklə döyüşmüşlər ki, rus sərkərdəsi onların görünməz qəhrəmanlığından, cəsarətindən qorxuya düşərək məğlub olmuş,qoşunları ilə birlikdə tələsik qaçmışdır.
Bu qanlı savaşda Qacarlardan qırx nəfər şəhid olmuş,ruslardan isə dörd yüz nəfər həlak olmuşdur.
Hüseynqulu xan Sərdar bu parlaq nailiyyəti dərhal baş sərkərdə Abbas Mirzəyə yazıb bildirmişdir.
Gülüstan müqaviləsini qəbul etdirmək üçün ingilis müdaxiləsi
Gündən-günə artan rus ordusuna qarşı Qacar ordusunun cəsarətli müqavimət göstərməsinə baxmayaraq qüvvələri getdikcə uğursuz və kədərləndirici bir vəziyyətə düşürdü. Düşmənə qarşı mübarizədə qəhrəmanlıqlar göstərən minlərlə Türk irqinə məxsus Qacar əsgəri yadelllərin amansız top mərmilərindən həlak olmuşdu.Onların qanlarına boyanmış cəsədləri müharibə meydanında qaldıqdan sonra Qafqaz şəhərləri bir-birinin ardınca Rusiya İmperiyasının işğalçı ordusunun əlinə keçirdi.
Bu vaxt Fətəli şah bir çox saray xadimləri, hörməti şəxsiyyətlər və qoşun sərkərdələri ilə birlikdə Ucan çəməninə gəlmiş Abbas Mirzə və Qamimməqam da onlara qoşulduqdan sonra ingils səfiri ser Qoravellinin iştirakı ilə Qacar müdafiə qüvvvələrinin acınacaqlı vəziyyəti haqda kədərli məktub yazaraq ingilis səfirinə vermişdir.Fətəli şahın məqsədi hədsiz cimri olduğu üçün savaşdakı ordunu maliyyələşdirməkdən qurtulmaq ser Qoravellini Qacar dövləti Rusiya arasında sülhə vasitəçilik etməyə razılaşdırmaq və bəlkə də abırlı bir saziş bağlamaq idi.
İndiyə qədər Fətəli şaha çoxlu yardım və hərbi sursat vəd edən ingilis səfiri hələ də öz verdiyi sözü yerinə yetirməmiş,onun tabe olduğu dövlət isə rusların isti dənizə (Gəngər görfəzinə) yol tapacağından və Hindistan yollarını ələ keçirəcəyindən qorxaraq Qacar və Rusiya dövlətləri arasında müharibə odunun alovlanması üçün var qüvvəsiylə çalışmışdır. İngiltərənin qüdrətli və qəddar düşməni olan Napoleon onun imperiyasını lərzəyə salaraq məhv etmək istəmişdir.Buna görə də ingilis səfiri Qacar şahı Fətəli şahın sülh təklifini bəyənmiş,bəlkə də özü də tabe olduğu dövlətin siyasi mənafeyini nəzərə alaraq Abbas Mirzəyə silah satmaqdan boyun qaçırıb Fətəli şahın və saray xadimlərinin fikrini, iki dövlət arasında sazişin bağlanması üçün hazırlamışdır.
Nəhayət,ingilis səfiri Qacar şahının təklifini məmnuniyyətlə qəbul etmiş,bu işi icra etməyə hazır olduğunu bildirmişdir.Qacar dövləti və Rusiya imperiyası arasında sazişin zəruri olduğunu Fətəli şah,sonra sədrəzəm Mirzə Şəfi qeyd etmişdilər.Lakin bu təkliflərdən hiddətlənən, sazişin cənubi Qafqaz və Dağıstanın Qacar dövlətindən ayrılması ilə əlaqədar olduğunu bilən Abbas Mirzə onillik müharibədə məğlubiyyətlə razılaşmaq istəmirdi.Abbas Mirzə və Azərbaycan çətinliklərə,rast gəldiyi maneələrə,məhrumiyyətlərə baxmayaraq,on il namünasib şəraitdə göstərdiyi fədəkarlıq və qəhrəmanlıqlar bahasına qoruduğu milli qürurunu itirməklə razılaşmırdı.Rus ordusu üzərində bir çox parlaq qələbələr,nailiyyətlər nəticəsində Abbas Mirzə qazandığı etibar xətrinə atasına və Mirzə Şəfiyə zidd olaraq,bu sazişin bilavasitə İngiltərə dövlətinin təşəbbüsü ilə irəli sürülmüş təklflər kimi qarşılayırdı.O, Qafqaz şəhərlərini və Qacar dövlətinin hərbi gücünü yenidən özünə qaytarmaq,beləliklə,son məğlubiyyətləri qələbə ilə əvəz etmək məqsədilə müharibəni davam etdirməyi təklif etmişdir.Qaimməqam Mirzə Büzürk isə qəhrəman və igid vəliəhd Abbas Mirzənin nöqteyi-nəzərini müdafiə etmişdir.
Qacar dövləti vəliəhdinin çıxış və təklifləri Fətəli şahı,habelə Məclisdəki böyük şəxsiyyətləri,sərkərdələri öz təsiri altına almış,az qala onların saziş və müharibəni dayandırmaq haqqında əvvəlki fikirlərini də dəyişdirib,müharibəni davam etdirmək qərarına gəlmələrinə səbəb olmuşdur.
Lakin ingilis səfiri bağlanacaq sazişin maddələrinə Qacar dövlətinin tələbatını ödəməyə və layiqli bir saziş bağlamağa Rusiya dövlətini məcbur edəcəyini vəd etmişdir.İki dövlət arasında saziş bağlamaq haqda əvvəlki qərarından dönmək istəyən Fətəli şah qəfildən Xorasanda baş vermiş iğtişaşı və oradakı bəzi tayfa başçılarının baş qaldırması xəbərini aldığı üçün ser Qoravellinin təklifi ilə razılaşmalı olur.O,məşhur,ağıllı, inanılmış şəxsiyyətlərdən olan şirazlı Mirzə Əbdülhəsən xana tapşırıır ki,ingilis səfirinin vasitəçiliyi ilə iki dövlətin sazişi haqda Rusiya nümayəndələri ilə görüşüb,Rusiya dövlətinin mövqeyini bilsin.
Gülüstan müqaviləsinmə qarşı Azərbaycan türklərinin əks münasibəti
Azərbaycan əhalisi rus ordusuna qarşı müharibədə görünməyən fədəkarlıq göstərmiş,ümumiyyətlə,Abbas Mirzənin əsgərləri sırasına daxil olduqlarına görə hamıdan artıq müharibənin ağırlığını öz çiyinlərində daşımışlar.Bu səbəbə Azərbaycan türkləri qabaqcadan təxmin etdikləri rüsvayçı,ağır,dözülməz şərtlərdən ibarət olan sazişin bağlandığını eşitdikdə həycanlanmış,Təbriz şəhəri sakinlərinin coşğun narazılığı nəticəsində bir parça oda çevrilmişdilər.
Bir çox Təbriz xanları elat başçıları,ruslara qarşı müharibədə doqquz oğlunu bu müharibədə itirmiş Hacı Əlili tayfasından Əsədulla Sultan şəhərin hörmətli şəxsiyyətləri ilə birlikdə Abbas Mirzənin qərargahına gəlmiş,onlardan müharibəni davam etdirməyi və sazişi rədd etməyi tələb etmişlər.Əsədulla Sultan şəhid olmuş oğlanlarının əvəzinə qalan oğlanlarını Qacar dövlətinin bütövlüyü və milli ləyaqətini müdafiə etmək uğrunda,hətta bütün ailəsi ilə son nəfəsinə qədər müharibədə iştirak etməyə hazır olduğunu bildirmişdir.
Bu zaman elat başçılarından bir neçəsi minlərlə Təbriz və başqa Azərbaycan şəhərlərinin əhalisini səfərbərliyə alaraq müharibəni davam etdirmək üçün hazır olduqlarını bildirmişlər.Qafqazdakı Azərbaycan şəhərlərinin işğalı ilə barışmayacaqlarını bildirirdilər.Müharibədə iştirak edə bilməyən yaşlı adamlar isə mal,un,mülkdən,ev avadanlığından qoşunun ehtiyacını ödəmək və zəruri sursatı təmin etmək üçün Abbas Mirzəyə vermişdilər.Hətta qoca bir qadın saziş xəbərini eşidən kimi əyirdiyi ipini,pulunu,bir az əzuqə və hərbi sursat hazırlayaraq qoşuna bağışlamışdı.
Sözün qısası,Azərbaycan türkləri,vətənpərvər və təəssüf çəkən elat həyacana gəlmiş, son imperatorluqları olan Qacar dövlətinin bütövlüyünə, milli qüruruna dözülməz zərbə endirən və şəhərləri işğal etmək məqsədində olan düşmənə qarşı müharibədə iştirak etmək istəmişlər.Şah və saray xadimlərini Rusiya dövləti ilə saziş bağlamağa məcbur etmiş ingilis səfiri tabe olduğu dövlət tərəfindən də tam ixtiyar almışdır ki, məsləhət gördüyü kimi, Qacar dövləti və Rusiya imperiyası arasında sazişin müzakirəsini aparsın və onların arasında dostluq münasibətini möhkəmləndirsin.
Xorasandakı iğtişaşdan və türkmənlərin üsyanından bərk qorxub tezliklə rus imperatoruna qarşı müharibəni dayandırmaq fikrinə düşmüş Fətəli şah Qacar isə hazırkı siyasi vəziyyətin tələbatı üzrə ingilis səfiri ser Qoravellinin iştirakı ilə Qacar dövləti və Rusiya arasında abırlı bir saziş bağlamaq üçün inanılmış nümayəndəsi şirazlı Əbülhəsən xanı Qafqaza göndərmişdir.
Gülüstan sülh müqaviləsinin giriş və fəsilləri
Gülüstan sülh müqaviləsi 1813-cü ilin 12 oktyabrında imzalanmışdı. İmzalanma yeri Gülüstan kəndi,Goranboy,Qarabağ Azərbaycandı. 10 iyun 1804-cü ildən 1813-cü ilin 12 oktyabrına qədər davam edən Birinci Qacar-Rus Savaşını bitirən bu müqavilənin imzalanmasına səbəb, 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı işğal etməsindən sonra Fətəli şahda ümidsizliyə düşmüş nəticədə sülh müqaviləsinin bağlanması oldu.
Gülüstan sülh müqaviləsi fəsilləri.
Birinci fəsil-Bu gündən indiyə kimi Rusiya və Qacar dövlətləri arasında düşmən münasibət və müharibə dayandırılmalı,bu müqavilə üzrə onların qabağı əbədi olaraq alınmalıdır.İmperator və əlahəzrət şahənşah,habelə onların əzəmətli varisləri,vələhdləri arasında bərqərar olan möhkəm saziş və dostluq iki dövlət arasında əbədi olaraq qalacaqdır.
İkinci fəsil-Hər şeydən əvvəl iki dövlət müzakirə edərək razılaşmalıdır ki,hansı dövlətin bu günə qədər ixtiyarında olan xanlıq vilayətləri yenə onların ixtiyarında qalmalıdır.Buna görə də böyük Rusiya və Qacar dövlətləri arasında aşağıdakı siyahı üzrə sərhəd təyin olunmuşdur: Adınabazar yerlərindən başlayaraq,düz xətlə Muğan çölündən keçir, Araz çayının yuxarı keçidinə və Qanıx çayı ilə birləşən yerə uzanır, oradan Qarabağ, Naxçıvan və İrəvan sərhədi ilə birləşir,sonra eşik meydana qədər Qazax-Şəmşəddin ilə İrəvan-Gəncə sərhədi ilə keçərək sağ tərəfdəki dağların başına doğru uzanır.
Üçüncü fəsil –Qacar şahı Rusiya imperatoru I Aleksandra dostluq münasibətini bildirmək üçün bütün Qarabağ,Gəncə,Şəki,Şirvan,Quba, Dərbənd,Bakı xanlıqları və Rusiya dövlətinin əlində olan Lənkəran, bütün Dağıstan,Gürcüstan,Şoragöl mahalı və Qafqazın ortasından Xəzər dənizinə qədər uzanan bütün yerlərin Rusiyanın mülkü olduğunu etiraf edir.
Dördüncü fəsil -Rusiya imperatoru əlahəzrət Qacar şahənşahına öz dostluğunu və iltifatını bildirmək üçün qonşuluq qaydasına riayət edərək istər özü,istərsə vələhdləri tərəfindən Qacar şahını əmin etmək məqsədi qərara alır ki,Qacar şahının övladlarından hər birisi vələhd olanda, o Rusiya dövlətinin yardımına ehtiyacı olduğu zaman,Qacar ölkəsinə başqasının müdaxilə etməməsi üçün Rusiya dövləti yardımı əsirgəməməlidir.Ölkənin daxili işləri haqda şahzadələr arasında ixtilaf olduqda şah tələb etməzsə,Rusiya dövləti bu işdə müdaxilə etməməlidir.
Beşinci fəsil- Xəzər dənizində ticarət məqsədi ilə hərəkət edən rus gəmiləri,Qacar dövləti sahilləri və limanlarına gəlib yaxınlaşmağa, habelə Qacar gəmiləri fırtına vaxtında,yaxud sınmış gəmilər Rusiya lmanlarına girməyə haqlıdırlar.Xəzər dənizində Rusiyadan başqa heç bir dövlətin hərb gəmisi ola bilməz.
Altıncı fəsil-İstər müharibə meydanında,istərsə də əhali tərəfindən tutulmuş gürcü, yaxud başqa dindən olan əsirlər bu müqavilə imzalandıqdan üç aya qədər hər iki dövlət tərəfindən azad edilməli, qaytarılmalıdır.
Yeddinci fəsil-Bu etiraf və qeydləri başda Rusiya məmləkətləri imperatoru və əlahəzrət Qacar şəhənşahı qərara alırlar ki, hər iki dövlətin inanılmış səfirləri lazım olduğu zaman iki dövlətin paytaxtına göndərilsinlər.
Səkkizinci fəsil-İki məmləkət arasında ticarət karvanlarının gedib-gəlməsinə icazə verilir,əhali istər quru,istərsə də dəniz tərəfdən qorxmadan ticarətlə,alverlə məşğul ola bilər.
Doqquzuncu fəsil-Ticarət mallarına və məhsullara vergi, kömrük qoyulacaqdır.
Onuncu fəsil-İstər su,istərsə quru yolu ilə iki dövlətin limanlarına,yaxud sərhəddəki şəhərlərinə ticarət malları gətirildikdə hər iki dövlətin tacirlərinə öz mallarını,məhsullarını satıb başqa mallar almağa,yaxud dəyişdirməyə icazə verilir.
On birinci fəsil-Bu müqaviləni imza etdikdən sonra iki dövlətin ixtiyarlı müvəkkillərinə icazə verilir ki,ədavət və düşmən münasibətə tezlklə son qoymaq üçün qəti göstəriş göndərib,bu məsələni iki tərəfə də bildirsinlər.Əbədi dostluq üçün iki dövlətin qərara aldıqları bu şərtlər də tərcümə edilib,iki tərəfin ixtiyarlı nümayəndələri tərəfindən təsdiq edilib,möhürlənmişdir.Bu şərtlər həm əlahəzrət Rusiya imperatoru,həm də əlahəzrət Qacar şahənşahı tərəfindən imzalanmalı və möhürlənməlidir.
Ardı var