VP: Netanyahunun ABŞ səfəri Trampla gərgin münasibətlərini sınağa çəkəcək


ABŞ-da nəşr olunan "Washington Post" (WP) qəzetinin məlumatına görə, İsrail Baş naziri Binyamin Netanyahunun bu gün Florida ştatındakı Mar-a-Lago malikanəsində Prezident Donald Trampla görüşü, xüsusilə Qəzza məsələsində iki liderin ziddiyyətli baxışlarının kritik bir sınağı olacaq.

Turkustan.az xəbər verir ki, "Washington Post" qəzetinə danışan adı açıqlanmayan İsrail rəsmilərinin sözlərinə görə, Netanyahunun bu gün Floridada Prezident Trampla görüşü çox vacibdir.

Rəsmilərin sözlərinə görə, Netanyahu İsrail qoşunları Qəzzadan çəkilməzdən əvvəl Trampın 20 maddəlik "Qəzzada sülh" planının ikinci mərhələsinə "Həmasın tərksilah edilməsi" kimi yeni şərtlərin daxil edilməsini istəyir.Netanyahu həmçinin ABŞ ilə birlikdə İrana qarşı yeni hücumların həyata keçirilməsi üçün dəstək axtarır.

Digər tərəfdən, Tramp administrasiyası İsrailin mövqeyinə mənfi reaksiya verir və iddia edir ki, bu, Suriya prezidenti Əhməd Şaranın ölkə üzərində nəzarəti ələ keçirmək cəhdlərinə mane olur.

Livanda İsrail Hizbullah hədəflərini bombalamağa davam edir. Bu hücumlar Trampın prezidentliyi dövründə yeni bir münaqişə təhlükəsi yaradır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ