HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Əbu Ubeydə, Məhəmməd Sinvar və Məhəmməd Deyfin ölümünü elan etdi.
Turkustan.az xəbər verir ki,Əbu Ubeydənin əsl adının Hüzeyfə Abdullah əl-Kəhlut olduğu bildirildi.
HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları, 30 yanvar 2024-cü ildə Baş Komandan Məhəmməd Dayfın ölümündən sonra komandanlığı ələ keçirən Məhəmməd Sinvarın və hərbi sözçü Əbu Ubaydənin İsrail hücumlarında öldürüldüyünü rəsmi olaraq açıqladı.
İzz əl-Qəssam Briqadalarının yeni hərbi sözçüsü məsələ ilə bağlı video açıqlama verib.
Adı çəkilməyən bir hərbi sözçü bildirib: “İzzətəddin əl-Qəssam Briqadalarının baş komandanı, son dərəcə çətin bir dövrdə briqadalara rəhbərlik edən və böyük şəhidimiz Əbu Xalid (Məhəmməd) Deyfdən sonra varis olan olduqca ağıllı bir insan Məhəmməd Sinvarın şəhid olmasını qürurla elan edirik”.
Aytən Yaşar/ Turkustan.az