Ukrayna Putinin iqamətgahına hücum etməyə cəhd etdi - Lavrov


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki rəsmi iqamətgahına dronlarla hücum etməyə cəhd etdiyini və Rusiyanın danışıqlardakı mövqeyini yenidən nəzərdən keçirəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Rusiyanın TASS agentliyi Lavrovun açıqlamaları ilə bağlı məlumat yayıb.

Lavrov Ukraynanın "dövlət terrorizminə" əl atdığını vurğulayaraq bildirib ki, "28-29 dekabr gecəsi Kiyev rejimi Rusiya prezidentinin Novqorod vilayətindəki rəsmi iqamətgahına 91 dronla hücum etməyə cəhd edib. Hücum nəticəsində ölən, yaralanan və ya zərər çəkən olmayıb".

Lavrov bütün dronların məhv edildiyini bildirib.

Lavrov hücum səbəbindən Rusiyanın Ukrayna ilə bağlı danışıqlardan çəkilməyəcəyini bildirərək, "Kiyev rejiminin dövlət terrorizmi siyasətinə qəti keçidi nəzərə alınmaqla Rusiyanın danışıqlar yanaşmasına yenidən baxılacaq" dedi.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ