Rusiya bu ölkələrə də hücum edəcəkmi? - Rozin açıqladı


Hazırda Rusiyanın Baltikyanı ölkələrdən hər hansı birinə və ya bütövlükdə NATO-ya hücum etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur və Estoniyanın vəzifəsi vəziyyəti olduğu kimi saxlamaqdır.

Turkustan.az xəbər verir ki, bu açıqlama ilə Estoniya Xarici Kəşfiyyat Xidmətinin baş direktoru Kaupo Rozin çıxış edib.

“Bu gün gördüyümüz odur ki, Rusiyanın heç bir Baltikyanı ölkəyə və ya daha geniş mənada NATO-ya hücum etmək niyyəti yoxdur. Görürük ki, reaksiyalarımız nəticəsində Rusiya bütövlükdə regionda baş verən müxtəlif hadisələrdən sonra davranışını dəyişib. Aydındır ki, Rusiya NATO-ya hörmət edir və hazırda hər hansı açıq münaqişədən yayınmağa çalışır”, - Rozin qeyd edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ