Rusiya SSRİ dövründən bəri ilk nüvə sınaqlarına hazır olduğunu bəyan edib


“Sınaq sahəsi tam miqyaslı sınaq fəaliyyətlərini bərpa etməyə hazırdır”

Rusiya hər an “Novaya Zemlya” poliqonunda nüvə sınaqlarına başlamağa hazırdır. Turkustan.az xəbər verir ki, bu barədə onun rəhbəri Andrey Sinitsn “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

“Sınaq sahəsi tam miqyaslı sınaq fəaliyyətlərini bərpa etməyə hazırdır. Laboratoriya sınaq qurğusu hazırdır. Heyət hazırdır. Komandanlıq gəlsə, istənilən vaxt sınaqlara başlayacağıq”, - deyə bildirib.

Onun sözlərinə görə, poliqonda potensial dron hücumlarını dəf etmək üçün müntəzəm təlimlər keçirilir və obyektin özü elektron döyüş sistemləri ilə əhatə olunub.

“Biz hər cür təhdidləri dəf etməyə daim hazırıq. O cümlədən təxribat və kəşfiyyat qruplarının adaya nüfuz etməsi”, - Sinitsn deyib.

Keçən şənbə Dövlət Dumasının Vahid Rusiya Partiyasından olan deputatı Andrey Kolesnik bu cür silahların yaratdığı təhlükəni dünyaya xatırlatmaq üçün Rusiya poliqonunda nüvə bombasının partlatılmasını təklif edib: “Biz haradasa, hansısa sınaq meydançasında nüvə partlayışı etməliyik. İndi ölkəmizdə nüvə sınaqları qadağandır, amma bəlkə də insanlar bunun həqiqətən nəyə gətirib çıxardığına baxmalıdırlar. Moratorium aradan qaldırılsa, bəlkə bəşəriyyət bu barədə düşünər”.

Hədə-qorxu məqsədi ilə nüvə silahından istifadə ideyası əvvəllər də Rusiyada eşidilib. 2023-cü ilin yanvarında Hərbi Elmlər Akademiyasının baş elmi işçisi, hərbi analitik Vladimir Proxvatilov təklif edib ki, nüvə sınaqlarının bərpası NATO ölkələrini Ukraynaya silah tədarükünü dayandırmağa, Kiyevi isə Krımı qaytarmaq fikrindən əl çəkməyə məcbur edə bilər.

Rusiya ərazisində sonuncu nüvə sınağı 1990-cı ilin oktyabrında SSRİ dövründə “Novaya Zemlya”da keçirilib. /ayna.az/


MANŞET XƏBƏRLƏRİ