İranda gərginlik artır


İran hakimiyyəti və onun proksi qüvvələri arasında gərginlik artır.

Turkustan.az xəbər verir ki, İran və onun proksi qüvvələri arasında HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin öldürülməsinə reaksiya ilə bağlı gərginlik artır.

Məsələ ilə bağlı Küveytin “Əl-Cəridə” qəzeti yazır ki, avqustun 11-də İranda SEPAH, “Hizbullah”, HƏMAS, “İslami Cihad”, Husilər və İraq şiə qruplarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.

Qeyd olunub ki, HƏMAS və “Hizbullah” İsrailə və onun müttəfiqlərinə, o cümlədən Amerika hərbçilərinə hücum etməyi təklif ediblər.

İran isə öz növbəsində İsrailə “qarşılıqlı” şəkildə cavab verməyi, yəni İsrail siyasətçilərini aradan götürməklə cavab verməyi təklif edib.

Qeyd olunur ki, sonda mübahisə yaranıb, bundan sonra nümayəndələr danışıqlar yerini tərk ediblər. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ