Avropa İttifaqı (Aİ) terror hücumları, təbii fəlakətlər, elektrik kəsintiləri və kritik infrastruktura təhdidlər zamanı təhlükəsizlik və təcili yardım qrupları arasında yarana biləcək rabitə problemlərinin qarşısını almaq üçün yeni sistem yaratmağa hazırlaşır.
Turkustan.az xəbər verir ki, Avropa Komissiyası “Aİ-nin Kritik Kommunikasiya Sistemi” adlı yeni strukturun yaradılmasını təklif edib.
Təklifə əsasən, məqsəd müxtəlif ölkələrdə polis, yanğınsöndürmə, səhiyyə və mülki müdafiə xidmətlərinin istifadə etdiyi rabitə sistemlərini uyğunlaşdırmaqdır.
Yeni sistem vasitəsilə Aİ ölkələrində ilk müdaxilə qruplarının məlumat, foto, mesaj və məkan məlumatlarını real vaxt rejimində təhlükəsiz şəkildə paylaşması, həmçinin səsli rabitə qurması nəzərdə tutulur.
Aytən Yaşar/ Turkustan.az