İsrail İordan çayının qərb sahilində bir çox şəhərə basqın etdi


İsrailin işğal altındakı İordan çayının qərb sahilinin bir çox şəhərində həyata keçirdiyi basqınlarda 1 qadının yaralandığı, 2 nəfərin nəzarətə alındığı bildirilib.

Turkustan.az xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Hebron, Əl-Bire, Ramallah və Tulkərim şəhərlərinə gecə basqınlarını davam etdirib.

İsrail qüvvələri Tulkərimin şimalındakı Kaffin qəsəbəsinə basqın zamanı fələstinlilərə canlı güllələr, səs-küy salan və gözyaşardıcı qaz qumbaraları atıb. Qəlpələrdən yaralanan 49 yaşlı qadın xəstəxanaya aparılıb.

Ramallahın qərbində Bitunya qəsəbəsində iki evə edilən basqın zamanı iki gənc saxlanılıb.

Əl-Birenin Et-Tavil dağı bölgəsində və Hebronun Əl-Hiriyyə vadisi bölgəsində də reydlər keçirilib, lakin həbs və yaralananlar barədə məlumat verilməyib.

İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb. Oktyabrın 7-dən bu yana bu basqınlarda 518 fələstinli həyatını itirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ