Ermənistanda 5 iranlı öldü, 9-u yaralandı


Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında İrana məxsus avtobus qəzaya uğrayıb.

Turkustan.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, avtobusda 22 nəfər olub, hadisə zamanı 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qəza yerinə əməliyyat qrupu və iki xilasetmə briqadası cəlb olunub.

***

Ermənistan DİN-in məlumatına görə, qəzada 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Avtobusun İrəvandan İrana qayıdarkən aşdığı bildirilib. Ölən və yaralananların hamısı iranlıdır.

***

Qəzada ölənlərin sayı 5 nəfərə çatıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ