Amerika Birləşmiş Ştatları hesab edir ki, İran aprelin 14-də səhər saatlarında İsrailə hücum edə bilər.
Bu barədə Amerika administrasiyasının nümayəndəsi "Al Jazeera" telekanlına məlumat verib.
"İsrailə qarşı genişmiqyaslı hücum ehtimalından dərin narahatıq" deyən rəsmi İranın sabah, bazar günü səhər saatlarında İsrailə hücum edəcəyi ehtimalının yüksək olduğunu bildirib.
Bu arada İsrail Müdafiə Qüvvələri məlumat yayıb İsraildə bütün məktəblərdə tədris dayandırılır.
Müdafiə naziri Yoav Qallant bildirib ki, İsrail İran təhlükəsinə qarşı havada, quruda və dənizdə yeni imkanlar tətbiq edir və təhlükəsizliyi gücləndirir.