THY-nin təyyarəsi bomba təhlükəsi səbəbindən Buxarestə məcburi eniş edib


Türk Hava Yollarına (THY) məxsus Varşavadan İstanbula uçan sərnişin təyyarəsi bomba təhlükəsi ilə Rumıniyanın paytaxtı Buxarestdə məcburi eniş edib.

Turkustan.az xəbər verir ki, THY Press Consultancy-nin açıqlamasına görə, 150 sərnişini olan TK 1766 nömrəli İstanbul uçuşu axşam saatlarında Varşava Hava Limanından havaya qalxıb.

Bomba təhdidi alanda təyyarənin kapitan pilotu Buxarest hava limanında HavaTrafik İdarəetmə Mərkəzi ilə əlaqə saxlayıb və eniş üçün icazə istəyib.

THY-nin təyyarəsi heç bir problem olmadan Buxarest hava limanına eniş edib.

Təyyarədə olan sərnişinlər təxliyyə edilərkən, Rumıniya polisi təyyarənin salonunda və yük hissələrində ətraflı axtarışa başlayıb.

Müayinə zamanı xəbərin əsassız olduğu məlum olub.

Sərnişinlər yenidən mindirildikdən sonra uçuşunu tamamlamaq üçün Buxarestdən havaya qalxan təyyarənin saat 03.20-də İstanbula eniş edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ