Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Kadırova daha bir vəzifə verilib.
Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Adam Delimxanov məlumat yayıb.
O bildirib ki, A. Kadırov Şeyx Mənsur batalyonunun kuratoru olub.
“Bu gün mən Rusiya Federasiyası Müdafiə Nazirliyinin Şeyx Mənsur batalyonunun şəxsi heyətinə onların yeni kuratoru – Çeçenistan Respublikasının Qəhrəmanı, Çeçenistan Respublikası başçısının təhlükəsizlik xidmətinin rəisi Adam Ramzanoviç Kadırovu təqdim etdim. Bu təyinat Adamın xalqımızın dini, ailə və mədəni dəyərlərinin qorunub saxlanmasında göstərdiyi mühüm xidmətlərinin təbii nəticəsi idi”, - deyə deputat öz Telegram kanalında yazıb.
Delimxanov həmçinin qeyd edib ki, Adam Kadırov Şeyx Mənsur batalyonunun ikinci ulduzu ilə təltif edilib. İlk ulduzu daha əvvəl respublika rəhbəri Ramzan Kadırov qəbul edib.
Qeyd edək ki, Qafqazın birinci imamı Şeyx Mənsurun adına batalyonun yaradılması oktyabrın ikinci yarısında məlum olub.
Xatırladaq ki, bu ayın əvvəlində, hələ 16 yaşı tamam olmamış Adam Kadırova Çeçenistan Respublikası başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsi verilmişdi. O, 24 noyabr 2007-ci ildə dünyaya gəlib. /yeniavaz.com/