Tam miqyaslı işğaldan sonra Ukrayna ordusunda qadınların sayı xeyli artıb.
Turkustan.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, 2023-cü ilin oktyabr ayına olan məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin tərkibində 62 mindən çox qadın var. Hərbi Media Mərkəzinin məlumatına görə, bu, qoşunların ümumi sayının 7,3%-ni təşkil edir.
Onlardan 43 479 qadın hərbi qulluqçudur. Bu, hərbi qulluqçuların ümumi sayının 5,3%-ni təşkil edir.
Hərbi qulluqçular aşağıdakı kimi bölünür:
zabitlər – 7709 (ümumi sayın 6,6%-i);
serjantlar – 11 732 (6,6%);
əsgərlər – 22 704 (4,4%);
kursantlar – 1334 (18,1%).
18583 qadın mülki işçidir ki, bu da bütün mülki işçilərin 48,2%-ni təşkil edir.
Silahlı Qüvvələrdə rəhbər vəzifələrdə 5160 qadın təmsil olunur. 13487 qadın isə döyüşçü statusu alıb.
Hazırda döyüş bölgəsində 5000-dən çox qadın var.
Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə Silahlı Qüvvələrdə qadınların ümumi sayı 49 926 nəfər olub ki, onların 16 557 nəfəri hərbçi olub.
"Hazırda Ukraynadakı döyüş meydanındakı qadınları sayı yaxın dünya tarixi üçün ən böyük rəqəmdir. Onlar özlərini təkcə yaxşı hərbi maliyyəçi və ya həkim kimi deyil, həm də Vətənini sədaqətlə müdafiə edən cəsur hərbçilər kimi göstərirlər", - müdafiə nazirinin müavini Nataliya Kalmıkova bildirib. /BakuPost/