Beynəlxalq medianın məlumatına görə, Qəzzada İsrail və HƏMAS arasında “elektron müharibə” gedir. HƏMAS öz tıxacları ilə İsrail helikopterlərinin qarşısını kəsərkən, İsrail iki xüsusi texnologiya ilə HƏMAS-ın yeraltı tunellərinin xəritəsini çəkməyə çalışır.
Turkustan.az xəbər verir ki, Beynəlxalq müdafiə və kəşfiyyat mediası Qəzzada İsrail və HƏMAS arasında aparılan “elektron müharibəni” işıqlandırıb. Əldə edilən məlumata görə, ABŞ İsrailin Qəzzada girovları, o cümlədən Amerika vətəndaşlarını xilas etmək üçün verdiyi məlumatlara artıq etibar etmir. ABŞ girovları tapmaq üçün öz PUA-larından istifadə etməyə başlayıb.
Digər tərəfdən, İsrail tıxaclar səbəbindən havadan müşahidə apara bilmədiyi üçün başqa müdafiə üsuluna keçib. İsrail "SAR" adlı xüsusi "aşağı orbitli hərbi peyklər" və "Lidar" adlı işıq skanı və işıq mənbəyini identifikasiya texnologiyalarından istifadə edir. İsrail ordusu bu üsullarla Qəzzada həm quruda, həm də ərazinin altındakı böyük tunellərdə aktivliyi müşahidə etməyə çalışır. Nəşrin verdiyi məlumata görə, İsrail HƏMAS-ın istifadə etdiyi yeraltı tunellərin xəritəsini çıxarmaq üçün bütün kəşfiyyat və texnologiya resurslarını səfərbər edib.
Həmas raketlərinin qarşısını tamamilə ala bilməyən İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi və tıxacla bloklandığı üçün Qəzza üzərindən uça bilməyən pilotsuz təyyarələri səbəbindən də "silah ixracının ciddi şəkildə azalmağa başladığı" iddia edilir. Intelligence Online-ın paylaşdığı məlumata görə, son bir ayda İsrailin müşahidə və kəşfiyyat texnologiyalarına müdafiə bazarında qlobal tələbat 40 faiz azalıb.
Eltac/Turkustan.az