Trampın Si Cinpinlə əl sıxması gündəm oldu: Ərdoğanla görüşü xatırlatdı


Donald Tramp 8,5 ildən sonra Çinə səfər edən ilk ABŞ prezidenti oldu. Pekinə çatdıqdan sonra Tramp rəsmi olaraq Çin prezidenti Si Cinpin tərəfindən qarşılandı.

Turkustan.az xəbər verir ki, təxminən iki saat davam edən görüşdən sonra iki lider birlikdə Pekindəki tarixi Səmavi Məbədi ziyarət etdilər. Si Cinpin Trampa məbəddə gəzinti təşkil etdi.

Səfər zamanı kameralar tərəfindən lentə alınan bir an sosial mediada böyük səs-küyə səbəb olub. Trampın əl sıxışma zamanı Si Cinpinin əlini özünə tərəf çəkməyə çalışdığı görüntülənib. Lakin Si Cinpinin əlini buraxmaqdan imtina etməsi diqqət çəkən məqam olub.

Trampın bir çox dünya lideri ilə əvvəlki möhkəm əl sıxışmaları və digərinin əlini çəkmək jesti uzun müddətdir ki, "dominantlıq yaratmaq metodu" kimi şərh olunur.

2017-ci ilin may ayında Trampla Prezident Rəcəb Tayyib Ərdoğan arasında əl sıxma hadisəsi də yenidən gündəmə gəlib. Ərdoğanın Trampın əlini çəkmək cəhdinə reaksiyası və güc nümayişini pozması o dövrdə geniş müzakirə olunmuşdu.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ