Müharibə bitir? Tramp və Si bağlı qapılar arxasında razılığa gəldilər


ABŞ prezidenti Donald Tramp Çinə səfəri çərçivəsində Pekində Çin prezidenti Si Cinpin ilə ikitərəfli və nümayəndə heyətləri səviyyəsində danışıqlar aparıb.

Turkustan.az xəbər verir ki, görüşün əvvəlində Si Cinpin ABŞ prezidenti Trampla hər iki ölkə və dünya üçün qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək və münasibətləri düzgün istiqamətə yönəltməklə gələcək üçün yeni bir fəsil açmaq istədiyini bildirib.

Bu gün dünyada misli görünməmiş transformasiyaların sürətləndiyini, beynəlxalq vəziyyətin dəyişkən və qarışıq olduğunu, dünyanın isə yeni tarixi yol ayrıcında olduğunu qeyd edən Si Cinpin bildirib ki, "Çin və ABŞ dövrün çağırışlarına birlikdə cavab verməlidirlər".

Si Cinpin Çin və ABŞ-ın fikir ayrılıqlarından daha çox ortaq maraqlara malik olduğunu və bir ölkənin uğurunun digəri üçün bir fürsət olacağını vurğuladı. O, iki ölkənin rəqib deyil, tərəfdaş olmalı və bir-birinin uğuruna və rifahına töhfə verməklə böyük dövlətlərin yola davam etməsi üçün düzgün yol tapmalı olduqlarını bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ