Paşinyandan Köçəryanla bağlı mühüm açıqlama: Mütləq həbs olunmalıdır, əks halda...


"1 Mart" işi həll olundu. Digər məsələ isə hüquq-mühafizə orqanları tərəfindən Robert Köçəryanın məsuliyyətə cəlb edilməsidir. Bir sözlə, Köçəryan həbs olunmalıdır.

Turkustan.az news.am-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentə proporsional namizədlər siyahısına rəhbərlik edən baş nazir Nikol Paşinyan seçki kampaniyası zamanı deyib.

Onun sözlərinə görə, bu baş verməyincə, hakimiyyət heç kəsi Ermənistanda ədalətli məhkəmə və hüquq sisteminin olduğuna inandıra bilməyəcək: "Mənə qarşı ən böyük və cavab verməsi çox çətin olan ittiham budur: insanlar Robert Köçəryanın niyə azadlıqda olduğunu soruşurlar".

Paşinyan şəxsən onu narahat edən mövzulardan mümkün qədər uzaq durmağa çalışdığını da bildirib: “İstəyirəm ki, bu məsələlər institusional səviyyədə həll olunsun. Bu, oliqarxik qruplardan başlayaraq, onların necə formalaşdığından, hərbi formaların necə paylandığından başlayaraq ictimai məsələdir”./publika.az


MANŞET XƏBƏRLƏRİ