Ukraynada döyüşlər istədiyimiz kimi getmir - Britaniya


Ukraynada hərbi əməliyyatlar Qərbin arzu etdiyi kimi davam etmir, ona görə də münaqişə uzana bilər.

Turkustan.az xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə naziri Ceyms Kleverli deyib.

O bildirib ki, ruslar nəzarətə götürdüyü ərazilərdə xeyli ciddi manelər yaradıblar və bu səbəbdən münaqişə uzanmaqda davam edir.

Kleverli buna baxmayaraq qeyd edir ki, Ukrayna döyüşçüləri irəliləməkdədirlər:

“Daha səbrli olmalıyıq. Bu o deməkdir ki, biz daha uzun müddət əzmkarlığımızı qorumalıyıq", - nazir əlavə edib.

O, etiraf edib ki, Qərb üçün vahid cəbhə yaratmaq asan deyil. /axar.az/


MANŞET XƏBƏRLƏRİ