Çin gözlənilən o təyyarəni gələn ay təqdim edəcək


Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Hava Qüvvələri 7-13 dekabr tarixlərində Quandun əyalətinin Çjuxay şəhərində keçiriləcək “Airshow China 2026” sərgisində ilk dəfə Y-20B ağır hərbi nəqliyyat təyyarəsini nümayiş etdirəcək.

Turkustan.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat verib.

Məlumata görə, Y-20B Çində hazırlanmış dörd WS-20 yüksək dövrəli turbofan mühərriki ilə təchiz edilmiş Y-20 nəqliyyat təyyarəsinin modernləşdirilmiş versiyasıdır.

Təyyarə statik sərgidə nümayiş olunacaq.

Agentliyin məlumatına görə, ziyarətçilər Y-20B-nin yük bölməsini yoxlamaq və uçuş simulyasiyasında iştirak etmək imkanına malik olacaqlar.
Çin tərəfi tədbirdə həmçinin J-35A və J-20A qırıcılarını, J-16 çoxməqsədli qırıcılarını və YY-20A tanker təyyarələrini nümayiş etdirəcək. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ